Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

KTMT Qazaxıstanda vəziyyətin yenidən kəskinləşməsi ehtimalını dəyərləndirdi

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidStanislav Zas
Stanislav Zas - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
Stanislav Zas bildirib ki, hər kəs - təkcə qazax xalqı deyil, ölkə rəhbərliyi də baş verənlərdən özü üçün nəticə çıxarıb.
BAKI, 16 yanvar — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas bildirib ki, Qazaxıstanda yeni iğtişaşların yaranması çətin ki, mümkün olsun. Bu barədə Rusyanın RT kanalı xəbər yayıb.

"Mən hesab etmirəm ki, revanş və ya hadisələrin yenidən qızışması təhlükəsi var. Demək olar, əminəm ki, bu mümkün deyil, çünki birincisi, vəziyyət nəzarətə götürülüb. İkincisi, hazırda bütöv mənzərənin üzə çıxması, bütün iştirakçıların müəyyənləşdirilməsi üçün böyük işlər görülür. Buna uyğun olaraq Qazaxıstan Respublikasının qanunu çərçivəsində tədbirlər görüləcək. Və əlbəttə ki, hər kəs bu vəziyyətdən özü üçün nəticə çıxarıb - təkcə qazax xalqı deyil, həm də ölkə rəhbərliyi", - deyə o bildirib.

Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə maye qazın qiymətinin iki dəfə artırılmasına etirazlar fonunda iğtişaşlar başlayandan sonra "terror təhlükəsinin aradan qaldırılmasında" kömək üçün KTMT-yə müraciət edib.
BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı minə yaxın insan xəsarət alıb. Qazaxıstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 17 polis həlak olub, 1,3 mindən çox polis işçisi isə yaralanıb.
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti normallaşdırmaq üçün Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.
Əməliyyatda Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistanın hərbçiləri iştirak edib. Strateji əhəmiyyətli obyektlərin mühafizəsi onlara həvalə edilib. Ötəm cümə axşamı, yanvarın 13-də missiyanın başa çatdığı elan edilib.
Xəbər lenti
0