Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Azərbaycanda "Texnofest-2022" festivalının nə vaxt keçiriləcəyi açıqlandı

© AR Ministry of DefenceHərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında
Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
Yarışlar beynəlxalq iştirakçılara da açıq olacaq. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılacaqlar.
BAKI, 16 yanvar - Sputnik. Bu il Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalının vaxtı məlum olub.
Texnologiya, elm, rəqabət festivalı mayın 26-da başlayacaq və mayın 29-dək davam edəcək.
“Texnofest-Azərbaycan” çərçivəsində keçiriləcək yarışlara qeydiyyatlar artıq başlayıb. Hər bir qeydiyyat üçün son tarix fərqli olsa da, müsabiqələr haqqında ətraflı məlumatı “www.teknofest.az” saytından əldə etmək olar.
Yarışlar beynəlxalq iştirakçılara da açıq olacaq. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılacaqlar.
Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, Pilotsuz Uçan Aparatlardan model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər də öz layihələrini təqdim edəcəklər.
Festivalda müxtəlif kateqoriyalar üzrə çoxlu saytda müsabiqələr keçiriləcək. Belə ki, Avropa Kuboku Roket Liqası Oyunu ilə yerli startapları xarici investorlarla bir araya gətirəcək “Take Off Azərbaycan Startap Zirvəsi” də bu il keçiriləcək tədbirlər sırasında yer alır.
Azərbaycanda keçiriləcək festivalın texnologiya yenilikləri, elm, müxtəlif yarışmalar, dostluq və qardaşlıq münasibətləri ilə yadda qalması gözlənilir.
Qeyd edək ki, festival ilk dəfə 2018-ci ildə ilk dəfə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi ilə hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır.
Öz növbəsində "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar da bir neçə gün əvvəl tviterdəki hesabında Azərbaycanda keçiriləcək "Texnofest-2022" festivalı ilə bağlı paylaşım edib. Səlcuq Bayraktar paylaşımında “Kodlarını milli texnologiya həmləsi ilə yeniləyənlərin festivalı” sözlərini yazaraq Türkiyə və Azərbaycan bayraqlarının şəkillərini paylaşıb. "Texnofest"in yenilənməsi prosesi başa çatıb. “Biz 2022-ci ilə hazırıq”, - festivalın tiviterdəki səhifəsində qeyd edilib.
"Texnofest-2021" ötən il Türkiyənin İstanbul şəhərində keçirilib. Tədbir Atatürk Hava Limanında keçirilən sayca dördüncü festival idi. Bu, eyni zamanda dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olub. "Texnofest" dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalıdır.
Xəbər lenti
0