https://sputnik.az/20220113/dn-2005-ci-ilde-dogulmus-qizin-itkin-dusmesi-barede-aciqlama-yaydi-438122318.html
DİN 2005-ci ildə doğulmuş qızın niyə itkin düşdüyünü açıqladı
DİN 2005-ci ildə doğulmuş qızın niyə itkin düşdüyünü açıqladı
Sputnik Azərbaycan
Elşad Hacıyev bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi maşahidə edilmir. 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T13:49+0400
2022-01-13T13:49+0400
2022-01-13T13:57+0400
qız
paytaxt xəbərləri
din
elşad hacıyev
https://cdnn1.img.sputnik.az/img/42163/46/421634679_38:0:1000:541_1920x0_80_0_0_694924950c504721df2471ce88994046.jpg
BAKI, 13 yanvar — Sputnik. Bakıda gənc qız itkin düşüb. Hadsə yanvarın 11-də paytaxtın Sabunçu rayonunun Maştağa-Nardaran massivi, Qayaüstü adlanan ərazisində qeydə alınıb. Belə ki, həmin gün səhər saat 8 radələrində 2005-ci ildə doğulan Xədicə Ağayevə evdən çıxaraq geri qayıtmayıb.Daxili İşlər Nazirliyi (DİN) qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi maşahidə edilmir.Onun sözlərinə görə, xəbərsiz itkin düşmələrin böyük əksəriyyətində ailə üzvlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə hallar çoxluq təşkil edir: "Yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar belə yoxlanılır, heç bir iddia kənarda qalmır."Xüsusən valideynlər diqqətli olmalı, "övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...", deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir – təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır" - DİN rəsmisi vurğulayıb. (Report)Xatırladaq ki, buna bənzər hadisə ötən ilin dekabr ayında Xaçmazda baş vermişdi. Xaçmazda üç gənc qadın itkin düşmüşdü. Belə ki, Xaçmaz rayon sakini, 2004-cü ildə doğulan Kamilə Kərimova dekabr ayının 5-də evdən gedib geri qayıtmayıb. 2004-cü ildə doğulan Hürpəri Seyidova noyabr ayının 27-də yaşadığı evi tərk edib. Həmçinin, rayon sakini 1994-cü ildə doğulmuş Rüfanə Çələbiyeva da noyabr ayının 27-də yaşadığı evdən gedib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42163/46/421634679_279:0:1000:541_1920x0_80_0_0_177adf686e88d9a6462624ee9faa8e30.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qız uşaqları niyə yoxa çıxır din açıqladı
qız uşaqları niyə yoxa çıxır din açıqladı
DİN 2005-ci ildə doğulmuş qızın niyə itkin düşdüyünü açıqladı
13:49 13.01.2022 (Yenilənib: 13:57 13.01.2022) Elşad Hacıyev bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi maşahidə edilmir.
BAKI, 13 yanvar — Sputnik. Bakıda gənc qız itkin düşüb. Hadsə yanvarın 11-də paytaxtın Sabunçu rayonunun Maştağa-Nardaran massivi, Qayaüstü adlanan ərazisində qeydə alınıb. Belə ki, həmin gün səhər saat 8 radələrində 2005-ci ildə doğulan Xədicə Ağayevə evdən çıxaraq geri qayıtmayıb.
Daxili İşlər Nazirliyi (DİN) qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi maşahidə edilmir.
Onun sözlərinə görə, xəbərsiz itkin düşmələrin böyük əksəriyyətində ailə üzvlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə hallar çoxluq təşkil edir: "Yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar belə yoxlanılır, heç bir iddia kənarda qalmır.
"Xüsusən valideynlər diqqətli olmalı, "övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...", deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir – təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır" - DİN rəsmisi vurğulayıb. (Report)
Xatırladaq ki, buna bənzər hadisə ötən ilin dekabr ayında Xaçmazda baş vermişdi. Xaçmazda üç gənc qadın itkin düşmüşdü. Belə ki, Xaçmaz rayon sakini, 2004-cü ildə doğulan Kamilə Kərimova dekabr ayının 5-də evdən gedib geri qayıtmayıb. 2004-cü ildə doğulan Hürpəri Seyidova noyabr ayının 27-də yaşadığı evi tərk edib. Həmçinin, rayon sakini 1994-cü ildə doğulmuş Rüfanə Çələbiyeva da noyabr ayının 27-də yaşadığı evdən gedib.