https://sputnik.az/20220113/bakida-ingilis-layihesi-nece-ise-yarayir-438084790.html
Bakıda ingilis layihəsi necə işə yarayır?
Bakıda ingilis layihəsi necə işə yarayır?
Sputnik Azərbaycan
Əvvəl Bakıda çeşidlənmiş tullantı 6-8 ton olurdusa, indi bu rəqəm gündəlik 25 tona çatır. 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T07:17+0400
2022-01-13T07:17+0400
2022-01-13T07:17+0400
zibil
paytaxt xəbərləri
layihə
bakı
kommunal
texnika
https://cdnn1.img.sputnik.az/img/42418/84/424188486_0:0:1024:577_1920x0_80_0_0_1078301e778aa0a2d804250c1aee32d7.jpg
BAKI, 13 yanvar — Sputnik. Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb.Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.Qeyd olunub ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması, çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası artıq üçünci ildir ki, uğurla həyata keçirilir. Əvəlcə Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan müqavilə şərtlərinə uyğun olaraq keçən il mərhələli şəkildə daha 3 paytaxt rayonu – Nizami, Nəsimi, Yasamal rayonları da layihəyə qoşulub.Sakinlərin rahatlığı üçün həmin rayonlarda ilkin mərhələdə Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər, "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri bu işlərə cəlb edilib, geniş maarifləndirici işlər aparılıb.Layihənin tətbiqi, gedişatının monitorinqi məqsədi ilə ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi apaşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir. Görülən hazırlıq tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi layihənin icrasina ötən ilin may ayında başlanılan Yasamal rayonunda əldə edilən nəticələri uğur saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 6 - 8 ton, sonradan isə tədricən 11 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 20-25 ton arası təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Yasamal rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunmasında çox mühüm əhəmiyyət kəsb edən layihənin uğurla həyata keçirilməsi, paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə böyük kömək olub. Cari ildə də yeni texnikaların alınması nəzərdə tutulub.Qeyd edilən layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin, sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına, eləcə də iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42418/84/424188486_120:0:1024:678_1920x0_80_0_0_86e6ba6f7ab21d2030dccdbb8640bfb8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı şəhərində kommunal layihənin icrası üçün 57 maşın alındı video
bakı şəhərində kommunal layihənin icrası üçün 57 maşın alındı video
Bakıda ingilis layihəsi necə işə yarayır?
Əvvəl Bakıda çeşidlənmiş tullantı 6-8 ton olurdusa, indi bu rəqəm gündəlik 25 tona çatır.
BAKI, 13 yanvar — Sputnik. Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması, çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı layihənin icrası artıq üçünci ildir ki, uğurla həyata keçirilir.
Əvəlcə Nərimanov rayonunda başlanan layihənin yüksək səviyyədə icrası nəticəsində xeyli irəliləyişlər əldə olunduğundan müqavilə şərtlərinə uyğun olaraq keçən il mərhələli şəkildə daha 3 paytaxt rayonu – Nizami, Nəsimi, Yasamal rayonları da layihəyə qoşulub.
Sakinlərin rahatlığı üçün həmin rayonlarda ilkin mərhələdə Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər, "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri bu işlərə cəlb edilib, geniş maarifləndirici işlər aparılıb.
Layihənin tətbiqi, gedişatının monitorinqi məqsədi ilə ayrıca hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi apaşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir. Görülən hazırlıq tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi layihənin icrasina ötən ilin may ayında başlanılan Yasamal rayonunda əldə edilən nəticələri uğur saymaq olar.
Belə ki, əgər layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 6 - 8 ton, sonradan isə tədricən 11 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 20-25 ton arası təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Yasamal rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.
Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunmasında çox mühüm əhəmiyyət kəsb edən layihənin uğurla həyata keçirilməsi, paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb.
Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə böyük kömək olub. Cari ildə də yeni texnikaların alınması nəzərdə tutulub.
Qeyd edilən layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin, sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına, eləcə də iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.