QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sərhəddə daha bir düşmən təxribatçısı zərəsizləşdirilib

© SputnikErməni hərbçiləri, arxiv şəkli
Erməni hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
Sıravi Vahan Babayanın güllə yarasından öldüyü bildirilir.
BAKI, 12 yanvar - Sputnik. Ermənistan-Azərbaycan sərhəddində daha bir erməni hərbçi ölüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Sıravi Vahan Babayanın güllə yarasından öldüyü bildirilir.
Qeyd edək ki, ötən gün günorta saatlarından etibarən Ermənistan Silahlı Qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində qarşı tərəf itki verərək geri çəkilib.
Sputnik Armenia
Xəbər lenti
0