Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Antonov ABŞ-a çağırış etdi: sərhədlərimizdən uzaq durun

© Sputnik / Grigory Sysoyev / Mediabanka keçidAnatoli Antonov, arxiv şəkli
Anatoli Antonov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
Antonov ABŞ-a çağırış edərək bildirib ki, bu ölkə Rusiya ilə birlikdə üzərinə götürdüyü, BMT-nin nizamnaməsində qeyd olunmuş sülh və təhlükəsizliyi təmin etmək məsuliyyətini yerinə yetirməlidir
BAKI, 12 yanvar — Sputnik. ABŞ aqressiv ritorikadan çətinməli, xarici ekspansiyanı dayandırmalı və hərbi potensialını Rusiya sərhədlərindən uzaqlaşdırmalıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Səfir bildirib ki, Rusiyanın haradansa çəkilmək fikri yoxdur:
"NATO gizlicə Rusiyanın sərhədlərinə yaxınlaşır. Onlar dominantlıq etməyə çalışır. Hətta təkcə quruda deyil, həm havada, həm də dənizdə buna nail olmaq istəyirlər. Biz hadisələrin bu cür inkişafına icazə verməyəcəyik. Bu Rusiyanın suverenliyini və müstəqilliynə qarşı sabotajdır".
Antonov ABŞ-a çağırış edərək bildirib ki, bu ölkə Rusiya ilə birlikdə üzərinə götürdüyü, BMT-nin nizamnaməsində qeyd olunmuş sülh və təhlükəsizliyi təmin etmək məsuliyyətini yerinə yetirməlidir:
"Aqressiv ritorikadan uzaqlaşmağın vaxtıdır. Gələcək nəsillərin birlikdə necə yaşayacağını düşünmək lazımdır. Bunun üçün qonşuluğa hörmətlə yanaşmaq, təhdidlərdən uzaq durmaq və hərbi potensialını Rusiya sərhədlərindən kənarlaşdırmaq lazımdır".
Qeyd edək ki, 9-10 yanvar tarixlərində Rusiya və Amerika Birləşmiş Ştatları Cenevrədə təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar aparıblar.
Görüş ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Bakı vaxtı ilə təxminən saat 12:00-da başlayıb və bağlı qapılar arxasında təxminən 7,5 saat davam edib.
Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, Amerika tərəfinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edib.
Xəbər lenti
0