https://sputnik.az/20220109/azerbaycanda-qedim-rus-geyim-numuneleri-numayis-olunacaq-438006083.html
Azərbaycanda qədim rus geyim nümunələri nümayiş olunacaq
Azərbaycanda qədim rus geyim nümunələri nümayiş olunacaq
Sputnik Azərbaycan
Bakıda rus kolleksiyaçısı Natalya Şabelskayanın geyim, papaq, şərflərdən ibarət sərgisi keçiriləcək. 09.01.2022, Sputnik Azərbaycan
2022-01-09T22:49+0400
2022-01-09T22:49+0400
2022-01-09T22:49+0400
paytaxt xəbərləri
sərgi
muzey
milli
rus
geyim
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437867871_0:25:2048:1177_1920x0_80_0_0_ec3fd8bb344cca819ae4d597651619e6.jpg
BAKI, 9 yanvar - Sputnik. Rusiya Etnoqrafiya Muzeyi (REM) 2022-ci ilin payızında Azərbaycan Milli Xalça Muzeyində rus xalqının incəsənət, sənətkarlıq və mədəniyyəti mövzusunda sərgi keçirəcək. Ekspozisiyada Natalya Şabelskayanın XX əsrin əvvəllərinə aid kolleksiyası təqdim olunacaq.O, Rusiyanın bütün əyalətlərindən köhnə rus geyimlərinin (kəndli, tacir, şəhər sakinləri, dindarlar) unikal kolleksiyasını - papaqlar, yun və ipək yaylıqlar, köhnə tikmə nümunələri, krujeva parça, əyirici çarxlar, oyuncaqları bie yerə toplayıb.Xatırladaq ki, 2021-ci il fevralın ortalarında “Xalçaya taleyin sapını toxuyaraq... Azərbaycanın dekorativ-tətbiqi sənəti" adlı ekspozisiya Rusiya Etnoqrafiya Muzeyində (REM) nümayiş olunub.Ekspozisiya REM tərəfindən Azərbaycan Milli Xalça Muzeyi ilə birgə hazırlanıb.Natalya Şabelskaya Xarkov vilayətinin ən böyük mülkədarı Petr Nikolayeviç Şabelskinin həyat yoldaşıdır.Evləndikdən sonra 14 tikişçinin çalışdığı emalatxana açıb. Ancaq Şabelskaya qızlarının təhsili naminə Moskvaya köçdükdən sonra özünü tamamilə bu işə həsr edib.O, Rusiyada çox səyahət edərək aktiv şəkildə antik əşyalar əldə edib.1890-cı illərin əvvəllərində Moskvadakı malikanəsində 20 mindən çox əşyanın təqdim edildiyi "Qədimlik Muzeyi"ni yaradıb.1895-1904-cü illərdə xəstəlik üzündən xaricdə yaşayıb və orada da vəfat edib. Onun işini qızları - Parisə mühacirət edən Varvara və Natalya davam etdiriblər. 1904-cü ildə Şabelskayanın ölümündən sonra muzeyin sonrakı taleyi ilə bağlı məsələ ortaya çıxıb.Qızları Rusiya muzeydə onun adına zalın yaradılması şərti ilə kolleksiyanı Muzeyinin Sankt-Peterburq Etnoqrafiya şöbəsinə verməyi təklif ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437867871_0:0:2048:1537_1920x0_80_0_0_52506d0dd7cb59ca7ea51444255bbe65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərgi, muzey, milli, rus, geyim
sərgi, muzey, milli, rus, geyim
Azərbaycanda qədim rus geyim nümunələri nümayiş olunacaq
Bakıda rus kolleksiyaçısı Natalya Şabelskayanın geyim, papaq, şərflərdən ibarət sərgisi keçiriləcək.
BAKI, 9 yanvar - Sputnik. Rusiya Etnoqrafiya Muzeyi (REM) 2022-ci ilin payızında Azərbaycan Milli Xalça Muzeyində rus xalqının incəsənət, sənətkarlıq və mədəniyyəti mövzusunda sərgi keçirəcək. Ekspozisiyada Natalya Şabelskayanın XX əsrin əvvəllərinə aid kolleksiyası təqdim olunacaq.
O, Rusiyanın bütün əyalətlərindən köhnə rus geyimlərinin (kəndli, tacir, şəhər sakinləri, dindarlar) unikal kolleksiyasını - papaqlar, yun və ipək yaylıqlar, köhnə tikmə nümunələri, krujeva parça, əyirici çarxlar, oyuncaqları bie yerə toplayıb.
Xatırladaq ki, 2021-ci il fevralın ortalarında “Xalçaya taleyin sapını toxuyaraq... Azərbaycanın dekorativ-tətbiqi sənəti" adlı ekspozisiya Rusiya Etnoqrafiya Muzeyində (REM) nümayiş olunub.
Ekspozisiya REM tərəfindən Azərbaycan Milli Xalça Muzeyi ilə birgə hazırlanıb.
Natalya Şabelskaya Xarkov vilayətinin ən böyük mülkədarı Petr Nikolayeviç Şabelskinin həyat yoldaşıdır.
Evləndikdən sonra 14 tikişçinin çalışdığı emalatxana açıb. Ancaq Şabelskaya qızlarının təhsili naminə Moskvaya köçdükdən sonra özünü tamamilə bu işə həsr edib.
O, Rusiyada çox səyahət edərək aktiv şəkildə antik əşyalar əldə edib.
1890-cı illərin əvvəllərində Moskvadakı malikanəsində 20 mindən çox əşyanın təqdim edildiyi "Qədimlik Muzeyi"ni yaradıb.
1895-1904-cü illərdə xəstəlik üzündən xaricdə yaşayıb və orada da vəfat edib. Onun işini qızları - Parisə mühacirət edən Varvara və Natalya davam etdiriblər.
1904-cü ildə Şabelskayanın ölümündən sonra muzeyin sonrakı taleyi ilə bağlı məsələ ortaya çıxıb.
Qızları Rusiya muzeydə onun adına zalın yaradılması şərti ilə kolleksiyanı Muzeyinin Sankt-Peterburq Etnoqrafiya şöbəsinə verməyi təklif ediblər.