Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Qazaxıstanda baş verənlərlə bağlı səssizliyini pozdu

© Sputnik / Алексей ДаничевМосковский Кремль
Московский Кремль - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Abunə olmaq
Qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Nur-Sultan şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.
BAKI, 5 yanvar — Sputnik. Qazaxıstan bu ölkənin bir sıra şəhərlərində baş verən etirazlarla bağlı köməyə görə Rusiyaya müraciət etməyib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov "Qazaxıstan Rusiyadan kömək istəyibmi?" sualına mənfi cavab verib: "Xeyr. Biz əminik ki, Qazaxıstandan olan dostlarımız öz daxili problemlərini özləri həll edə bilərlər".
Putinin mətbuat katibi, eyni zamanda "ölkə xaricindən müdaxilənin olmamasının vacibliyini" də qeyd edib.
Bu arada Rusiya Xarici İşləri Nazirliyi də məlumat yayaraq rəsmi Moskvanın Qazaxıstandakı hadisələri diqqətlə izlədiyini bildirib. Nazirlik, həmçinin Rusiyanın Qazaxıstanda vəziyyətin tezliklə normallaşacağına ümid etdiyini də qeyd edib: "Qazaxıstanda vəziyyətin qarşıdurmalarla deyil, dialoq yolu ilə normallaşmasının tərəfdarıdır".
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Fərmana əsasən, Nur-Sultan şəhərində fövqəladə vəziyyət yanvarın 5-dən 19-na kimi qüvvədə olacaq.
Xatırladaq ki, Kasım-Jomart Tokayev daha əvvəl Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.
Həmçinin bildirək ki, Qazaxıstan saytlarına xarici ölkələrdən giriş məhdudlaşdırılıb. Məlumat verilir ki, internet kəsilib.
Xəbər lenti
0