Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistanın prezidenti görün hansı sabiq naziri Rusiyaya səfir təyin etdi

© SputnikVaqarşak Arutyunyan
Vaqarşak Arutyunyan - Sputnik Azərbaycan, 1920, 05.01.2022
Abunə olmaq
2017-ci ildən Ermənistanın Rusiyadakı səfiri kimi fəaliyyət göstərən Vardan Toqanyan geri çağırılıb.
BAKI, 5 yanvar — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan bu ölkənin sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı Rusiyaya səfir təyin edib. Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Digər sərəncamla Vardan Toqanyan Ermənistanın Moskvadakı diplomatik nümayəndəliyinin rəhbəri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, V.Arutyunyan 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. 2019-cu ilin avqustunda Ermənistan Prezidenti Armen Sarkisyan sələflərindən biri Robert Koçaryanın Arutyunyanı general-leytenant rütbəsindən məhrum edən qərarını ləğv edib.
Xatırladaq ki, Koçaryan keçmiş naziri "Ali zabit hərbi rütbəsini və şərəfini ləkələyən hərəkətlərə görə" general rütbəsindən 2002-ci ilin 22 iyun tarixində məhrum etmişdi.
Arutyunyan 2000-ci ildə istefa verəndən sonra ölkə rəhbərliyinə müxalif mövqe tutub. 2020-ci ilin avqustunda isə o, baş nazir Nikol Paşinyanın baş müşaviri, həmin ilin noyabrında isə müdafiə naziri təyin olunub.
Arutunyan 2021-ci ilin iyul ayında müdafiə naziri vəzifəsindən gedib.
Vardan Toqanyan isə 2017-ci ildən Ermənistanın Rusiyadakı səfiri kimi fəaliyyət göstərirdi.
Xəbər lenti
0