https://sputnik.az/20220105/baki-ve-yerevan-sulh-muqavilesi-imzalayacaqmi--ekspert-cavab-verir-437872214.html
Bakı və Yerevan sülh müqaviləsi imzalayacaqmı – ekspert cavab verir
Bakı və Yerevan sülh müqaviləsi imzalayacaqmı – ekspert cavab verir
Sputnik Azərbaycan
Rusiyalı ekspertin sözünə görə, bu yaxınlarda baş tutan Soçi görüşü məsələyə nöqtə qoyub.
2022-01-05T21:00+0400
2022-01-05T21:00+0400
2022-01-05T21:00+0400
bakı
rusiya
zəngəzur dəhlizi
ermənistan
zəngəzur
yerevan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427291272_0:0:3067:1725_1920x0_80_0_0_0040933a5146dab053cf9ddce12d6977.jpg
BAKI, 5 yanvar — Sputnik. Bu il Azərbaycanla Ermənistan arasında tammiqyaslı sülh müqaviləsinin imzalanması gözlənilir. Bunu Sputnik Azərbaycan-a təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov bildirib.Onun sözlərinə görə, hazırda Rusiya Federasiyası Bakı ilə Yerevan arasında münaqişə vəziyyətinin həlli üçün maksimum səy göstərir. Əsas fəaliyyət istiqaməti isə Azərbaycanla Ermənistan arasındakı sərhədin tezliklə delimitasiya və demarkasiyasına yönəldilmiş diplomatik fəaliyyətdən ibarətdir.Yerevanın əldə olunmuş razılaşmanı vaxtında yerinə yetirməməsinə baxmayaraq, hər bir halda, bu yaxınlarda baş tutan Soçi görüşü məsələyə nöqtə qoyub. Mixaylov belə hesab edir ki, məhz Soçidə Rusiya və Azərbaycan prezidentləri Ermənistanın baş nazirinə lazımi arqumentləri çatdıra biliblər ki, həlli çoxdan gözlənilən sülhə gətirib çıxaracaq əsas məsələlər üzrə ümumi mövqe müzakirə olunsun."Və Paşinyanın reaksiyası, çıxışı əsasında mülahizə yürütsək, aydın olar ki, arqumentlər qəbul olunub. Bundan başqa, Brüsseldəki görüş dünya ictimaiyyətinin sülh müqaviləsinin əsasının məhz Soçidə qoyulması ilə bağlı fikrini bir daha təsdiqlədi", – deyə ekspert bildirib.Sputnik Azərbaycan-ın həmsöhbətinin vurğuladığına görə, heç şübhəsiz ki, məhz Rusiya Federasiyasının mövqeyi və üzərinə sülhyaratma kimi ağır yükü götürməsi ilə bağlı istəyi Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətinin yaxşılaşmasına səbəb oldu və bunu açıq-aşkar görmək mümkündür."Məncə, bu il Azərbaycanla Ermənistan arasında tammiqyaslı sülh müqaviləsinin imzalanmasını gözləməyə dəyər", - deyə Mixalkov qeyd edib.Ekspertin sözlərinə görə, Yerevan çətin ki, Zəngəzur dəhlizinin açılmasına qarşı dura bilsin. "3+3" platforması tam şəkildə fəaliyyət göstərməyə başlayanda isə o da öz növbəsində münaqişə vəziyyətinin tamamilə nizamlanmasına töhfəsini verəcək.
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aleksandra Zuyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1c/426814465_212:0:932:720_100x100_80_0_0_c76fdf950c8abd58485249d7da16917e.jpg
Aleksandra Zuyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1c/426814465_212:0:932:720_100x100_80_0_0_c76fdf950c8abd58485249d7da16917e.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/17/427291272_0:0:2729:2047_1920x0_80_0_0_81475624527954eb53fc935fad829b20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandra Zuyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1c/426814465_212:0:932:720_100x100_80_0_0_c76fdf950c8abd58485249d7da16917e.jpg
yerevanın sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur
yerevanın sülh müqaviləsi imzalamaqdan başqa yolu yoxdur
Bakı və Yerevan sülh müqaviləsi imzalayacaqmı – ekspert cavab verir
Rusiyalı ekspert bu fikirdədir ki, hazırda bütün şərtlər gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının xeyrinə yönəlib.
BAKI, 5 yanvar — Sputnik. Bu il Azərbaycanla Ermənistan arasında tammiqyaslı sülh müqaviləsinin imzalanması gözlənilir. Bunu Sputnik Azərbaycan-a təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya Federasiyası Bakı ilə Yerevan arasında münaqişə vəziyyətinin həlli üçün maksimum səy göstərir. Əsas fəaliyyət istiqaməti isə Azərbaycanla Ermənistan arasındakı sərhədin tezliklə delimitasiya və demarkasiyasına yönəldilmiş diplomatik fəaliyyətdən ibarətdir.
Yerevanın əldə olunmuş razılaşmanı vaxtında yerinə yetirməməsinə baxmayaraq, hər bir halda, bu yaxınlarda baş tutan Soçi görüşü məsələyə nöqtə qoyub. Mixaylov belə hesab edir ki, məhz Soçidə Rusiya və Azərbaycan prezidentləri Ermənistanın baş nazirinə lazımi arqumentləri çatdıra biliblər ki, həlli çoxdan gözlənilən sülhə gətirib çıxaracaq əsas məsələlər üzrə ümumi mövqe müzakirə olunsun.
"Və Paşinyanın reaksiyası, çıxışı əsasında mülahizə yürütsək, aydın olar ki, arqumentlər qəbul olunub. Bundan başqa, Brüsseldəki görüş dünya ictimaiyyətinin sülh müqaviləsinin əsasının məhz Soçidə qoyulması ilə bağlı fikrini bir daha təsdiqlədi", – deyə ekspert bildirib.
Sputnik Azərbaycan-ın həmsöhbətinin vurğuladığına görə, heç şübhəsiz ki, məhz Rusiya Federasiyasının mövqeyi və üzərinə sülhyaratma kimi ağır yükü götürməsi ilə bağlı istəyi Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətinin yaxşılaşmasına səbəb oldu və bunu açıq-aşkar görmək mümkündür.
"Məncə, bu il Azərbaycanla Ermənistan arasında tammiqyaslı sülh müqaviləsinin imzalanmasını gözləməyə dəyər", - deyə Mixalkov qeyd edib.
Ekspertin sözlərinə görə, Yerevan çətin ki, Zəngəzur dəhlizinin açılmasına qarşı dura bilsin. "3+3" platforması tam şəkildə fəaliyyət göstərməyə başlayanda isə o da öz növbəsində münaqişə vəziyyətinin tamamilə nizamlanmasına töhfəsini verəcək.