Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin istəyinə çatdı: Nüvə beşliyi nüvə müharibəsi etməmək barədə bəyanat yaydı

Nüvə sınağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.01.2022
Abunə olmaq
Bəyanat müəllifləri 1968-ci ildə imzalanmış Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) nəzərdə tutulmuş öhdəliklərinə sadiq olduqlarını bildiriblər.
BAKI, 3 yanvar - Sputnik. ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya liderləri nüvə müharibəsinə yol verməmək və silah yarışının qarşısının alınmasına dair bəyanat yayıblar.
Bu dövlətlərin rəsmi saytlarında yerləşdirilən bəyanatda nüvə müharibəsində qalibin olmayacağı vurğulanır:

“Nüvə silahlarının tətbiqi çox böyük əhatəli fəsadlara səbəb olacağı üçün hələ də mövcud olan nüvə silahlarının yalnız müdafiə məqsədlərinə, hərbi təcavüzə yol verməmək, müharibənin qarşısını almaq məqsədlərinə xidmət etməsinin vacibliyini təsdiqləyirik. Fikrimizcə, bu cür silahların yayılmasına son qoyulmalıdır”.

Bəyanat müəllifləri 1968-ci ildə imzalanmış Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsində (NPT) nəzərdə tutulmuş öhdəliklərinə sadiq olduqlarını bildiriblər.
Sözügedən bəyanatı şərh edən rusiyalı politoloq Marat Başirov deyib ki, tərəflər Rusiya prezidenti Vladimir Putinə əzmkarlığına görə təşəkkür etməlidirlər. Çünki məhz onun əzmkarlığı sayəsində belə məsələlər uzun müddətə təxirə salınmır.
Digər rusiyalı politoloq, Ən Yeni Dövlətlər İnstitutunun direktoru Aleksey Martınov da vurğulayıb ki, prosesin təşəbbüskarı Rusiya tərəfidir. Təkcə Rusiya şəxsi məqsədlərdən deyil, hamının təhlükəsizliyindən çıxış edir.
"Bu, əslində Rusiya prezidenti Vladimir Putinin şəxsən nail olduğu məsələdir. O, istəyinə çatdı. Təəccüblü olan odur ki, bu sənədin təşəbbüskarı olan Rusiyadan başqa, imzalayanların hər biri öz mənfəətini güdür. Rusiya isə hamının təhlükəsizliyi nöqteyi-nəzərindən çıxış edir”, - deyə Martınov əlavə edib.
Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinin məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri üçün istifadə etmək məqsədilə iş birliyini artırmaq, nüvə silahlarından tam və ya qismən imtina etməyi hədəfləyən beynəlxalq müqavilədirş
Bu müqavilə 1968-ci ildə imzalanıb, 1970-ci ildə qanuni qüvvəyə minib. Müqavilə 11 may 1995-ci ildə müddətsiz uzadılıb.
Xəbər lenti
0