Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvadan qonaq gözləyənlər, onlarla aviareys ləğv olunub

© REUTERS / Issei KatoAeroportda aviareyslərin onlayn-tablosu, arxiv şəkli
Aeroportda aviareyslərin onlayn-tablosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.12.2021
Abunə olmaq
Rusiyanın digər şəhərlərində də pis hava şəraiti ucbatından təyyarə reysləri gecikir.
BAKI, 31 dekabr - Sputnik. Moskva aeroportlarında Yeni il ərəfəsində 90-dan çox aviareys ləğv olunub.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən bildirir ki, Rusiya paytaxtının aeroportlarındakı elektron tablolarda müvafiq məlumatlar yerləşdirilir.
Domodedovo aeroportunda 20 reys gecikir, ikisi isə ləğv olunub. Vnukovoda 12 reys gecikir, üç reys ləğv edilib.
Ən çox bəxti gətirməyənlər Şeremetyevo aeroportundadır - altı reys vaxtından gec uçacaq, 49 reysin sərnişinləri isə özlərinə başqa marşrut axtarmalı olacaqlar.
Rusiyanın digər şəhərlərində də pis hava şəraiti ucbatından təyyarə reysləri gecikir.
Xəbər lenti
0