https://sputnik.az/20211231/baki-metrosundan-surpriz---musiqi-de-olacaq-437790035.html
Bakı metrosundan sürpriz - musiqi də olacaq
Bakı metrosundan sürpriz - musiqi də olacaq
Sputnik Azərbaycan
2021-ci ilin son günü "İçərişəhər" və "28 May" stansiyalarının vestibüllərində konsert proqramı təşkil edilib. 31.12.2021, Sputnik Azərbaycan
2021-12-31T13:02+0400
2021-12-31T13:02+0400
2021-12-31T13:02+0400
paytaxt xəbərləri
musiqi
iş
bakı metropoliteni
vaxt
uzatma
https://cdnn1.img.sputnik.az/img/41872/49/418724935_0:15:911:527_1920x0_80_0_0_320447d37bddbbe7d625fe63c6a1bb3a.jpg
BAKI, 31 dekabr — Sputnik. Dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və bayram gəzintisi nəzərə alınaraq, metropoliten stansiyaları 2022-ci il yanvar ayının 1-nə keçən gecə saat 01:00-a kimi sərnişinlərin girişinə açıq olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.Bildirilib ki, "Bakı Metropoliteni" QSC-nin ənənəvi layihələrindən biri illərin qovuşuğunda keçirilən konsert proqramlarıdır. Qeyd olunub ki, 2022-ci ilin son günü 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "İçərişəhər" və "28 May" stansiyalarının vestibüllərində konsert proqramı təşkil edilib.Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının peşəkar məzunlarından ibarət simli kvartetin təqdim etdiyi canlı musiqi bu dəfə Yeni ilin gəlişini bildirən musiqi parçaları bəzəyib. Musiqi sədaları bu iki stansiyaya daxil olan sərnişinlərin bayram ovqatını daha da yüksəldib.Konsert proqramı 2022-ci ilin ilk günü – yanvarın 1-də davam etdiriləcək.Bayramlarla əlaqədar dekabr ayının 29-dan Bakı metropolitenində gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər edilib. Şəhər mərkəzi və kütləvi bayram tədbirlərinin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub. Zəruri hallar üçün nəzərdə tutulan ehtiyat qatarların xəttə çıxması diqqətdə saxlanılır. Bu tədbirlər yanvar ayının 2-dək davam etdiriləcək."Bakı Metropoliteni" QSC bayram günlərində hər kəsin xoş ovqatlı anlar keçirməsi, neqativ hallara yol verilməməsi və fəsadların yaşanmaması üçün hər bir sərnişinin həmrəylik nümayiş etdirərək, metropolitendə istifadə qaydalarına və ictimai asayiş tələblərinə ciddi riayət edilməsini rica edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41872/49/418724935_19:0:846:620_1920x0_80_0_0_9099bb340a39ed76a0e278dc71be7782.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı metrosu iş vaxtı uzadılacaq konsert musiqi stansiyalar
bakı metrosu iş vaxtı uzadılacaq konsert musiqi stansiyalar
Bakı metrosundan sürpriz - musiqi də olacaq
2021-ci ilin son günü "İçərişəhər" və "28 May" stansiyalarının vestibüllərində konsert proqramı təşkil edilib.
BAKI, 31 dekabr — Sputnik. Dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və bayram gəzintisi nəzərə alınaraq, metropoliten stansiyaları 2022-ci il yanvar ayının 1-nə keçən gecə saat 01:00-a kimi sərnişinlərin girişinə açıq olacaq.
Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, "Bakı Metropoliteni" QSC-nin ənənəvi layihələrindən biri illərin qovuşuğunda keçirilən konsert proqramlarıdır. Qeyd olunub ki, 2022-ci ilin son günü 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "İçərişəhər" və "28 May" stansiyalarının vestibüllərində konsert proqramı təşkil edilib.
Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyasının peşəkar məzunlarından ibarət simli kvartetin təqdim etdiyi canlı musiqi bu dəfə Yeni ilin gəlişini bildirən musiqi parçaları bəzəyib. Musiqi sədaları bu iki stansiyaya daxil olan sərnişinlərin bayram ovqatını daha da yüksəldib.
Konsert proqramı 2022-ci ilin ilk günü – yanvarın 1-də davam etdiriləcək.
Bayramlarla əlaqədar dekabr ayının 29-dan Bakı metropolitenində gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər edilib. Şəhər mərkəzi və kütləvi bayram tədbirlərinin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub. Zəruri hallar üçün nəzərdə tutulan ehtiyat qatarların xəttə çıxması diqqətdə saxlanılır. Bu tədbirlər yanvar ayının 2-dək davam etdiriləcək.
"Bakı Metropoliteni" QSC bayram günlərində hər kəsin xoş ovqatlı anlar keçirməsi, neqativ hallara yol verilməməsi və fəsadların yaşanmaması üçün hər bir sərnişinin həmrəylik nümayiş etdirərək, metropolitendə istifadə qaydalarına və ictimai asayiş tələblərinə ciddi riayət edilməsini rica edir.