https://sputnik.az/20211230/ermeniler-agdamda-bakcellin-emekdasina-ates-acaraq-yaralayiblar-437742911.html
Ermənilərin Ağdamda yaraladıqları azərbaycanlıdan xəbər var
Ermənilərin Ağdamda yaraladıqları azərbaycanlıdan xəbər var
Sputnik Azərbaycan
Ermənilər Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunu Ağdamda yaralayıblar. Cinayət işi açılıb.
2021-12-30T12:09+0400
2021-12-30T12:09+0400
2021-12-30T12:09+0400
qarabağ
erməni
bakcell
ağdam
yaralı
əməkdaş
erməni təxribatı
odlu silah
https://cdnn1.img.sputnik.az/img/42380/78/423807884_0:53:1921:1133_1920x0_80_0_0_4304c9a8d5b248d118814b07b6877cca.jpg
BAKI, 30 dekabr - Sputnik. Ağdamda ermənilərin yaraladığı "Bakcell" MMC-nin əməkdaşının səhhəti sabitdir. Sputnik Azərbaycan bu barədə "Report"a istinadən bildirir. Xəstəxanadan verilən məlumata görə, Anar Rəhimlinin aldığı xəsarət həyatı üçün təhlükəli deyil və müalicəsi davam etdirilir.--------09:45Erməni silahlı qüvvələri Ağdamda xidməti vəzifəsini icra edən "Bakcell" MMC-nin əməkdaşınına atəş açaraq yaralayıblar.Baş Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla "Bakcell" MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42380/78/423807884_0:0:1707:1280_1920x0_80_0_0_d5d747acb3cbf5f98ca009bff6d2e5ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ağdam qarabağ bakcell əməkdaş yaralı cinayət işi xəstəxana
ağdam qarabağ bakcell əməkdaş yaralı cinayət işi xəstəxana
Ermənilərin Ağdamda yaraladıqları azərbaycanlıdan xəbər var
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi açılıb.
BAKI, 30 dekabr - Sputnik. Ağdamda ermənilərin yaraladığı "Bakcell" MMC-nin əməkdaşının səhhəti sabitdir.
Sputnik Azərbaycan bu barədə "Report"a istinadən bildirir. Xəstəxanadan verilən məlumata görə, Anar Rəhimlinin aldığı xəsarət həyatı üçün təhlükəli deyil və müalicəsi davam etdirilir.
Erməni silahlı qüvvələri Ağdamda xidməti vəzifəsini icra edən "Bakcell" MMC-nin əməkdaşınına atəş açaraq yaralayıblar.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilən "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla "Bakcell" MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.