Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Checkmate" reytinqdə irəli çıxdı

© Sputnik / Евгений Биятов / Mediabanka keçid Chekmate hərbi təyyarəsinin təqdimatı, arxiv şəkli
 Chekmate hərbi təyyarəsinin təqdimatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2021
Abunə olmaq
Şimal qonşumuzun dünya silah şoularında nümayiş etdirdiyi beş yeni məhsulun adı açıqlanıb.
BAKI, 30 dekabr — Sputnik. "Rosoboroneksport" 2021-ci ildə xarici müştərilərə təqdim edilən yerli silahların ən çox gözlənilən beş yeni məhsulunu açıqlayıb, birinci yeri beşinci nəsildən olan "Checkmate" perspektivli yüngül qırıcısı tutub.
"2021-ci ildə təqdim olunan ən yaxşı 5 ixrac nümunəsinə MAKS və "Dubai Airshow" sərgilərində nümayiş etdirilən "Checkmate" yüngül taktiki təyyarəsi, Rusiyada və xaricdə nümayiş etdirilən "Orion-E" PUA kəşfiyyat zərbə endirən kompleksi, RYAS termobarik sursatlarla "Tosoçka" TOS-2, AK-19 Kalaşnikov avtomatı və S-350E "Vityaz" zenit-raket kompleksi daxildir", - korporasiyanın baş direktoru Aleksandr Mixeyev deyib.
O qeyd edib ki, 2021-ci ildə dünya silah bazarı pandemiya şəraitində işləməyə xeyli uyğunlaşıb. Belə ki, Rusiyanın xüsusi ixracatçısı 17 beynəlxalq sərgidə iştirak etməyi bacarıb.
"Checkmate" Rusiyada "Suxoy" şirkəti ("Rostex" Birləşmiş Aviasiya Korporasiyasına daxildir) tərəfindən yaradılmış beşinci nəsildən olan ilk tək mühərrikli təyyarədir. İlk dəfə qırıcı təyyarə 2021-ci ilin iyulunda MAKS-2021 aviakosmik salonda nümayiş etdirilib. Təyyarənin əsas xüsusiyyətləri az nəzərə çarpan, uçuş saatının aşağı dəyəri, açıq arxitektura və "dəyər-effektivlik" baxımından yüksək göstəricilərdir.
Xəbər lenti
0