Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada 30-dan çox avtomobilin iştirakı ilə yol qəzası olub, ölən və xəsarət alanlar var

© AFP 2023 / JOEL SAGETЦепная авария, фото из архива
Цепная авария, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Abunə olmaq
Əlverişsiz meteoroloji şəraitlə əlaqədar Ufa-Orenburq yolunun 49-cu km-də 30-dan çox avtomobilin iştirakı ilə qəza qeydə alınıb
BAKI, 26 dekabr - Sputnik. Başqırdıstan Respublikasında magistral yolda 30-dan çox avtomobilin iştirakı ilə qəza baş verib.
Bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Başqırdıstan yol polisinin mətbuat xidməti daha əvvəl 15-ə yaxın, sonra 22-dək avtomobilin iştirakı ilə yol qəzasının baş verdiyini bildirmişdi.
İlkin məlumatlara görə, bu gün günorta saatlarında əlverişsiz meteoroloji şəraitlə əlaqədar Ufa-Orenburq yolunun 49-cu km-də 30-dan çox avtomobilin iştirakı ilə qəza qeydə alınıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb, nəqliyyat vasitələri mexaniki zədələnib.
***
Başqırdıstanda magistral yolda 15-ə yaxın avtomobilin iştirakı ilə qəza baş verib.
Başqırdıstan yol polisinin mətbuat xidmətinin məlumatına görə, qəza zamanı bir nəfər ölüb.
Qəza Ufa-Orenburq yolunun 49-cu km-də qeydə alınıb.
Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Xəbər lenti
0