Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin nəvələrinə Yeni il hədiyyəsini özü seçəcək

© Sputnik / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin, 30 iyun 2021-ci il
Rusiya prezidenti Vladimir Putin, 30 iyun 2021-ci il - Sputnik Azərbaycan, 1920, 26.12.2021
Abunə olmaq
Vladimir Putin deyib ki, marketə alış-verişə getməsə də, başqa yollarla nəvələrinə hədiyyə alır və onlar bunu bəyənirlər.
BAKI, 26 dekabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin Yeni ildə nəvələrinə hədiyyələri özünün seçdiyini bildirib.
Bu barədə Vladimir Putin “Rossiya 1” telekanalının efirində “Moskva. Kreml. Putin” proqramının aparıcısı Pavel Zarubinə müsahibə verərkən deyib.
Prezident nəvələri üçün hədiyyələri özü seçib-seçmədiyi sualına belə cavab verib:
“Bəli, qismən. Təəssüf ki, marketə alış-verişə getmirəm. Amma indi başqa yollarla da nəyisə seçmək imkanı var və mən bunu özüm etməyə çalışıram, ümid edirəm ki, bəyənirlər”.
Qeyd edək Putin Yeni ili ailəsi və dostları ilə birlikdə qarşılamağa üstünlük verir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin bayram tətilində dincəlməsə də, nəfəsini dərməyə imkan tapır.
"Onda adətən belədir - o, heç vaxt tam dincəlmir, amma ola bilsin nəfəsini dərəcək", - deyə mətbuat katibi ötən il Putinin Yeni il tətilini necə keçirəcəyi barədə sualı cavablandırarkən demişdi.
Həmçinin oxuyun:
Putin yeni ili necə qarşılayacaq?
Xəbər lenti
0