https://sputnik.az/20211224/qarabag-ve-serqi-zengezurda-reqemsal-elektrik-yarimstansiya-bumu---vdeo-437553869.html
Qarabağ və Şərqi Zəngəzurda rəqəmsal elektrik yarımstansiya bumu - VİDEO
Qarabağ və Şərqi Zəngəzurda rəqəmsal elektrik yarımstansiya bumu - VİDEO
Sputnik Azərbaycan
Qarabağ və Şərqi Zəngəzurda "Güləbird", "Suqovuşan- 1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları yenidən qurularaq Prezident İlham Əliyevin iştirakı ilə... 24.12.2021, Sputnik Azərbaycan
2021-12-24T18:50+0400
2021-12-24T18:50+0400
2021-12-24T18:50+0400
qarabağ
qarabağ
zəngəzur dəhlizi
prezident ilham əliyev
zəngəzur
murov dağı
suqovuşan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0e/425953221_291:150:954:523_1920x0_80_0_0_610ec112e084215cb55f41ad92fddca4.jpg
BAKI, 24 dekabr — Sputnik. Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərenerji" ASC məlumat yayıb."İşğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi, sözügedən rayonların ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması ilə bağlı Prezident İlham Əliyevin enerji strategiyasına uyğun olaraq 2021-ci ildə kompleks işlər həyata keçirilib. Belə ki, dördüncü Sənaye inqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar formalaşdırılıb.İstismara verilən rəqəmsal yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez həlli proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir", - məlumatda deyilir.Bildirilir ki, Qarabağ və Şərqi Zəngəzurda "Güləbird", "Suqovuşan- 1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları yenidən qurularaq Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasında isə yenidənqurma işləri tamamlanıb. Bu 4 elektrik stansiyasının ümumi gücü 20 meqavatdan artıqdır.2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Mayın 12-də "Şuşa", iyunun 14-də "Füzuli" və "Şükürbəyli", avqustun 16-da "Kəlbəcər", oktyabrın 4-də "Cəbrayıl", oktyabrın 20-də "Zəngilan", oktyabrın 25-də isə "Qubadlı" yarımstansiyalarının dövlət başçısının iştirakı ilə açılışı Ağdam rayonunda inşa edilən 110/35/10 kV-luq "Ağdam-1", "Ağdam-2" yarımstansiyalarının, o cümlədən "Qarabağ" Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb."Şükürbəyli" yarımstansiyasına Beyləqandan 51 km məsafədə 110 kV-luq yeni xətt çəkilib. Ən əsası Şükürbəylidən Şuşaya 75 km, eyni zamanda "Cəbrayıl" və "Qubadlı" yarımstansiyalarına giriş-çıxış olmaqla "Zəngilan" yarımstansiyasına qədər 110 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib. Həmçinin "Qubadlı" yarımstansiyasından "Güləbird" SES-ə 19 km məsafədə 110 kV-luq xətt inşa edilib.Qeyd edək ki, bundan əlavə "Daşkəsən" yarımstansiyasından Murov dağını keçməklə yeni tikilən "Kəlbəcər" yarımstansiyasına 70 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti gətirilib. Həmçinin "Xındırıstan" yarımstansiyasından minalanmış əraziləri keçməklə yeni tikilən "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarına 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0e/425953221_341:143:991:630_1920x0_80_0_0_6692241c43371b645d08b33eb9ba546e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağda bu qədər stansiya niyə tikilir
qarabağda bu qədər stansiya niyə tikilir
Qarabağ və Şərqi Zəngəzurda rəqəmsal elektrik yarımstansiya bumu - VİDEO
Qarabağ və Şərqi Zəngəzurda "Güləbird", "Suqovuşan- 1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları yenidən qurularaq Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.
BAKI, 24 dekabr — Sputnik. Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərenerji" ASC məlumat yayıb.
"İşğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi, sözügedən rayonların ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması ilə bağlı Prezident İlham Əliyevin enerji strategiyasına uyğun olaraq 2021-ci ildə kompleks işlər həyata keçirilib. Belə ki, dördüncü Sənaye inqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar formalaşdırılıb.
İstismara verilən rəqəmsal yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez həlli proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir", - məlumatda deyilir.
Bildirilir ki, Qarabağ və Şərqi Zəngəzurda "Güləbird", "Suqovuşan- 1" və "Suqovuşan-2" kiçik su elektrik stansiyaları yenidən qurularaq Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasında isə yenidənqurma işləri tamamlanıb. Bu 4 elektrik stansiyasının ümumi gücü 20 meqavatdan artıqdır.
2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Mayın 12-də "Şuşa", iyunun 14-də "Füzuli" və "Şükürbəyli", avqustun 16-da "Kəlbəcər", oktyabrın 4-də "Cəbrayıl", oktyabrın 20-də "Zəngilan", oktyabrın 25-də isə "Qubadlı" yarımstansiyalarının dövlət başçısının iştirakı ilə açılışı Ağdam rayonunda inşa edilən 110/35/10 kV-luq "Ağdam-1", "Ağdam-2" yarımstansiyalarının, o cümlədən "Qarabağ" Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.
"Şükürbəyli" yarımstansiyasına Beyləqandan 51 km məsafədə 110 kV-luq yeni xətt çəkilib. Ən əsası Şükürbəylidən Şuşaya 75 km, eyni zamanda "Cəbrayıl" və "Qubadlı" yarımstansiyalarına giriş-çıxış olmaqla "Zəngilan" yarımstansiyasına qədər 110 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib. Həmçinin "Qubadlı" yarımstansiyasından "Güləbird" SES-ə 19 km məsafədə 110 kV-luq xətt inşa edilib.
Qeyd edək ki, bundan əlavə "Daşkəsən" yarımstansiyasından Murov dağını keçməklə yeni tikilən "Kəlbəcər" yarımstansiyasına 70 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti gətirilib. Həmçinin "Xındırıstan" yarımstansiyasından minalanmış əraziləri keçməklə yeni tikilən "Ağdam-1" və "Ağdam-2" yarımstansiyalarına 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.