Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycanda 2021-ci ilin iqtisadi yekunları

© Sputnik / Murad OrudjevBakı NEZ
Bakı NEZ - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Azərbaycan iqtisadiyyatının 2021-ci il üzrə yekunları dekabrın 28-i saat 15:00-da Sputnik Azərbaycan-da müzakirə olunacaq.
BAKI, 24 dekabr - Sputnik. Ölkə həyatında 2021-ci il təkcə siyasi sahədə deyil, iqtisadiyyatda da vacib nailiyyətlərlə yadda qaldı. Pandemiyanın doğurduğu və davam edən çətinliklərə rəğmən, Azərbaycan iqtisadiyyatı davamlı artım göstəricilərinə nail olmaqdadır.
Azərbaycan İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə ÜDM-in artımını 5.1% proqnozlaşdırıb. Eyni zamanda Dünya Bankı da Azərbaycanda 2021-ci ildə iqtisadiyyatın artımını 2.9%-dən 5%-dək proqnozlaşdırıb. Ekspertlərin qiymətləndirməsinə görə, 2021-ci ildə Azərbaycanda ÜDM-in artımı neft və qeyri-neft sektorlarının sürətli bərpası sayəsində tezləşib. 2021-ci ildə qeyri-neft sektorunun artımı xidmət, kənd təsərrüfatı sahələrinin və sənayenin artımı sayəsində 7.1% təşkil edə bilər.
Azərbaycan iqtisadiyyatının 2021-ci ildə bərpasının necə aparıldığı barədə dekabrın 28-i saat 15:00-da Sputnik Azərbaycan-ın Multimedia mətbuat mərkəzində keçiriləcək onlayn mətbuat konfransında Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad məktəbinin direktor müavini Elşad Məmmədov danışacaq.
Spikerlərə sualları əvvəlcədən i.velizade@sputniknews.com elektron poçtuna göndərmək olar.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0