Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Mənzil sevinci: Dövlət valideynsizlərin sosial müdafiəsi üçün mühüm addım atdı

© Sputnik / Irade JELILMasazır qəsəbəsindəki "Məzun evi"
Masazır qəsəbəsindəki Məzun evi  - Sputnik Azərbaycan, 1920, 23.12.2021
Abunə olmaq
2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 186 mənzil dövlət uşaq müəssisələrinin məzunlarına verilib.
BAKI, 23 dekabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi” sosial müəssisəsi kimi fəaliyyət göstərən binalarda 365 mənzil həmin kateqoriyadan olan gənclərə təqdim edilib. Burada onlara həm də sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər göstərilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi son illərdə Abşeron rayonu, Masazır kəndində inşa edilmiş çoxmənzilli yaşayış binalarında dövlət uşaq müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları mənzillə təmin olunub.
Agentlikdən verilən məlumatda bildirilib ki, bununla yanaşı, 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 186 mənzil (Abşeron rayonunda yerləşən yaşayış kompleksində) dövlət uşaq müəssisələrinin məzunlarına verilib.
Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamına əsasən sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlara mənzillər təqdim olunur.
Qeyd edək ki, siyahı Təhsil Nazirliyi tərəfindən tərtib olunaraq ƏƏSMN-ə göndərilir.
Xəbər lenti
0