Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Stoltenberqi NATO-nun Baş katibi vəzifəsindən getməyə çağırıb

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidSergey Lavrov
Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 22.12.2021
Abunə olmaq
Rusiyanın xarici işlər naziri onu da bildirib ki, şayiələrə görə, Stoltenberq Norveçin Mərkəzi Bankında işə düzəlməyə hazırlaşır.
BAKI, 22 dekabr — Sputnik. NATO-nun Baş katibi Yens Stoltenberqin vəzifədən getmək vaxtı gəlib çatıb – bu fikri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov dilə gətirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, nazir baş katibin öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini vurğulayıb.
"Avropa, Avroatlantikanın təhlükəsizliyinin əsasında siyasi öhdəlik kimi ən yüksək səviyyədə razılaşdırılaraq imzalanan bir sıra prinsiplər dayanır. Bunlar, həmçinin, bərabər və bölünməz təhlükəsizliyin əsas təməl daşıdır, buna uyğun olaraq dövlət və hökumət başçıları heç bir Avro-Atlantik dövlətin, heç bir ATƏT üzvünün başqalarının təhlükəsizliyini pozmaqla öz təhlükəsizliyini gücləndirməyəcəyinə imza atıblar", - deyə nazir RT televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əgər Stoltenberq belə hesab edirsə ki, həmin prinsiplərə tüpürmək olar, onda yəqin ki, onun başqa işə keçmək vaxtı gəlib çatıb. Çünki öz öhdəliklərini heç cür yerinə yetirə bilmir.
Lavrov onu da bildirib ki, şayiələrə görə, Stoltenberq Norveçin Mərkəzi Bankında işə düzəlməyə hazırlaşır.
Bir qədər bundan əvvəl Stoltenberq Rumıniyanın müdafiə naziri Nikolae Çuke ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında bəyan etmişdi ki, Ukraynanın NATO-ya qoşulması barədə qərarı Rusiya ilə kompromisin və danışıqların mövzusu ola bilməz.
Xəbər lenti
0