Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin 2021-ci ildə nə qədər terror aktının qarşısının alındığını açıqlayıb

© REUTERS / SPUTNIKRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.12.2021
Abunə olmaq
Rusiya lideri ekstremizmi Rusiyanın birliyinə birbaşa təhdid kimi adlandırıb və onun hər hansı təzahürünün qarşısını kəsin şəkildə almağa çağırıb.
BAKI, 20 dekabr — Sputnik. Bu ilin 11 ayı ərzində Rusiyada 61 terror cinayətinin, o cümlədən 32 terror aktının qarşısı alınıb, terrorizmlə mübarizədə daha da səmərəli fəaliyyətin davam etdirilməsi vacibdir. Bu barədə Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik orqanların işçilərini təbrik etdiyi video müraciətində bildirib.
Putin xatırladıb ki, bu gün çətin beynəlxalq vəziyyət, müasir çağırış və risklərin xarakteri və miqyası xüsusi xidmət orqanlarının işinə artan tələblər qoyur.

"İlk növbədə, sizin əsas, prioritet vəzifənizin həllində: terrorizmə qarşı sərt və güzəştsiz mübarizə aparmaqdır. Son illər ərzində bu çətin, son dərəcə məsuliyyətli sahədə əhəmiyyətli uğurlar və ümumilikdə müsbət dinamika var", - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, terror təhlükəsinin köklü şəkildə azaldılmasına nail olmaq mümkün olub.
"Son 11 il ərzində 200-dən çox terror aktının qarşısı alınıb. Bu müddət ərzində törədilən terror cinayətlərinin sayı isə dəfələrlə azalıb. Belə cinayətlərin böyük əksəriyyəti hazırlıq mərhələsində qarşısı alınır. Belə ki, ötən ilin 11 ayı ərzində sizin operativliyiniz sayəsində 61 belə cinayətin, o cümlədən 32 terror aktının qarşısı alınıb. Bu, yaxşı nəticədir, ancaq hələ də bir çox problemlər mövcuddur", - deyə Rusiya lideri vurğulayıb.
Rusiya dövlət başçısı həmçinin onu da əlavə edib ki, "bundan sonra da hücum xarakterli və effektiv fəaliyyət göstərməkdə davam etmək vacibdir".
Özəkləri ləğv etmək və terrorçuluğa cəlb edənlərin əlaqələrinin qarşısını almaq
Putinin sözlərinə görə, Milli Antiterror Komitəsinin koordinasiyaçı rolu ilə beynəlxalq terrorçu qruplarının özəklərini ləğv etmək, onların əlaqələrini, terrorçuluğa cəlb edənləri və emissarları müəyyən etmək və onların qarşısını almaq üçün hücum və effektiv hərəkət etməyə davam etmək vacibdir.
"Digər prioritet vəzifələr arasında əks-kəşfiyyat və korrupsiyaya qarşı mübarizə işində hücum taktikasının davam etdirilməsi, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi də daxildir", - deyə prezident bildirib.
Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarını qarşılıqlı fəaliyyət səviyyəsini artırmağa çağırıb
Daha sonra o, ekstremizmin Rusiyanın birliyinə birbaşa təhlükə olduğunu və onun istənilən təzahürlərinin ciddi şəkildə qarşısını almaq lazım olduğunu qeyd edib.
"Vətəndaşlarımız sizdən ekstremizmə qarşı mübarizədə yeni uğurlar gözləyirlər. Bu, Rusiyanın birliyi üçün birbaşa təhdiddir. Ksenofobiyanın, sosial və dini düşmənçiliyin istənilən təzahürlərini ciddi şəkildə aradan qaldırmaq, insanların, xüsusən də gənclərin qanunsuz dövlət əleyhinə fəaliyyətə cəlb olunmasına yol verməmək lazımdır", - deyə dövlət başçısı vurğulayıb.
Xarici kəşfiyyatın rolu artır
Prezidentin sözlərinə görə, Rusiyanı təhlükəsizliyinin təmin edilməsində xarici kəşfiyyatın rolu artır: bu, beynəlxalq məlumatların operativ və keyfiyyətli təhlilinə aiddir.
"Ölkəmizin hərtərəfli təhlükəsizliyində xarici kəşfiyyatın rolu artır. Bu, ilk növbədə, beynəlxalq məlumatların operativ və keyfiyyətli təhlilinə, bütövlükdə dünyada və ayrı-ayrı bölgələrdə vəziyyətin inkişafı ilə bağlı proqnozların işlənib hazırlanmasına aiddir", - deyə dövlət lideri bildirib.
Vladimir Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş keçirib
Rusiya dövlətinin başçısı həmçinin Federal Mühafizə Xidməti və xüsusi proqramlar üzrə baş idarənin əməkdaşlarının dəqiq işlərini də qeyd edib. Onun sözlərinə görə, dövlət və xalq onların məhsuldar işləməsi, xüsusi xidmətlərin texniki əməliyyat kadrlarının möhkəmləndirilməsi üçün lazım olan hər şeyi edir və bu potensialdan maksimum dərəcədə istifadə etmək, qarşıya qoyulan bütün vəzifələri inamla həll etmək lazımdır.
"Şübhə etmirəm ki, siz gələcəkdə də vicdanla çalışaraq, idarələrinizin cavabdeh olduğu bütün sahələrdə əhəmiyyətli nəticələr əldə edəcəksiniz", - deyə prezident yekunlaşdırıb.
Xəbər lenti
0