Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatalada dönərdən zəhərlənənlərin vəziyyəti açıqlanıb

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidDönər əti
Dönər əti - Sputnik Azərbaycan, 1920, 08.05.2024
Abunə olmaq
Məlumata görə, zəhərlənənlərdən 15-i uşaqdır.
BAKI, 8 may — Sputnik. Mayın 7-də saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, onlardan 15-i uşaqdır. "Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur" - məlumatda deyilir.
Qeyd edək ki, həmin şəxslərin dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub. İlkin məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.
***
Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.
APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.
***
Zaqatalada dönərdən zəhərlənənlərin sayı artıb.
Axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənib Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb.
Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb.
Zəhərlənən şəxslər Zaqatala RMX-a daxil olub.
Müraciət edənlərdən labarator müayinələr üçün müvafiq nümunələr götürülüb.
Daxil olan 15 nəfərdən 5-i azyaşlıdır.
***
Zaqatalada dönərdən zəhərlənənlərin sayı 10-u keçib. Zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.
Zəhərlənənlər arasında tələbələrdə var.
Qeyd olunub ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.
Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.
Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.
***
Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.
Bu gün axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı - 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.
Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub.
Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir (APA).
17.12.21, 15:06
Toyuq dönərindən kütləvi zəhərlənmə baş verib: Bu dəfə Şəkidə
Daxili İşlər Nazirliyi (DİN) Şəkidə dönərdən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinə 9 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.
Həmin şəxslər ifadələrində şəhər ərazisində yerləşən “Gənclik” kafesində dönər yedikdən sonra səhhətlərinin pisləşdiyini bildiriblər.
Məlumat daxil olandan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb.
Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi ekspertiza təyin edilib. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.4-cü (pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.
***
Toyuq dönərindən zəhərlənmə seriyası davam edir: Bu dəfə Şəkidə
Şəkidə iki qadın dönərdən zəhərlənib. Sputnik Azərbaycan-ın məlumatına görə, rayon sakini Əntiqə Şəmmədova və Ülviyyə Şirəlizadə qida zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin araşdırma zamanı məlum olub ki, hər iki nəfər Şəkidə yerləşən "Gənclik" kafesində toyuq ətindən hazırlanan dönəri yedikdən sonra zəhərləniblər. Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Bakıda da dönər 8 nəfərin zəhərlənməsinə səbəb olmuşdu
Qeyd edək ki, bir neçə gün öncə Bakıda 8 nəfər dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi. Zərərçəkmişlər "Dönər Market"dən toyuq dönəri alaraq yedikdən sonra səhhətləri pisləşmişdi. Zəhərlənənlər Bayramov Cavid, Xəlilov Murad, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Mirzəyev Rafiq, Ömərov Qüdrət, Soltanov Maqsud bir günlük müalicədən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.
Hadisənin baş verdiyi "Dönər Market"in administratoru Orxan Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, bu günədək dönərxanadan dönər alan heç bir alıcı dönərin keyfiyyətindən şikayətlənməyib. O.Ağayev bildirib ki, dönərin hazırlanmasında istifadə olunan ətin sertifikatı var: "Əti gətirən şirkət də, biz də məhsula cavabdehik. Dönərin hazırlandığı ətin bütün sertifikatları var. Bu hal birinci dəfədir ki, baş verir. Hələ ki, 8 nəfərin məhz bizdən aldıqları dönərdən zəhərləndikləri rəsmi təsdiqlənməyib. Biz də ekspertizanın rəyini gözləyirik".
Amma o, dönər üçün əti hansı şirkətdən aldıqlarını jurnalistlərə açıqlamayıb.
Aidiyyəti qurumların dönərləri yoxlaması hələ davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Sputnik Azərbaycan-a bildirilib ki, dönərdən kütləvi zəhərlənmə barədə artıq araşdırmaya başlanılıb. "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
Bakıda polis də dönərdən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır: "Dönərxananın fəaliyyəti dayandırılıb".
Nəsimi Rayon Prokurorluğunun müstəntiqi İsa Paralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zəhərlənməyə səbəb olan dönərxana artıq bağlanıb: "Həmin dönərxana Səbuhi adlı sahibkara məxsusdur. Dönərxana bağlanıb və istintaq başlanılıb. İstintaq davam etdiyindən zəhərlənmənin hansı səbəbdən baş verdiyi hələ ki, araşdırılır".
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a açıqlamasında deyib ki, bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cu (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.
Dönərdən zəhərlənmənin baş vermə səbəbləri
Qida üzrə ekspert İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb, bildirib ki, dönər hər an zəhərlənməyə səbəb ola bilər:
"Qidanın hazırlanma şəraiti, tələblərin o qədər xırdalıqları var ki... Dönər hazırlayan şəxs əlini mükəmməl şəkildə yuyub dezinfeksiya etməyibsə, əli ilə onu qarışdırandan sonra o mətbəxdə 2 saat qalandan sonra ət qaynadılmadan, qızardılmadan, ütülüb veriləcəksə, bu, risk yaradır. Ümumiyyətlə, dönərxananın texnoloji olaraq bütün avadanlıqları varmı, yoxmu, bu da önəmlidir".
Ekspert bildirir ki, dönər bişirilmə texnologiyası virusu məhv edəcək səviyyədə deyil:
"Şərait gigiyenik tələblərə müvafiq olmalıdır. Keyfiyyətli xammal olmalıdır. Qarışdırılan ədviyyatlar, əlavələr, mayonezlər, tərəvəzlərin düzgün şəkildə yuyulması, mexaniki və texniki qaydalara əməl olunması, şəxsi gigiyena qaydalarına riayət olunması, xammalın, hazır məmulatın bir-biri ilə təmasda olmaması, irəli sürülən tələblərin gözlənilməsi qida təhlükəsizliyi baxımdan çox önəmlidir".
İ.Əhmədov vurğulayır ki, bu zəncirdəki kiçik bir halqanın pozulması qida zəhərlənməsi üçün şərait yaradır:
"Bu da qida zəhərlənməsi üçün gizlin bombadır. Alıcı sadəcə olaraq oradakı şəraitə baxmalı, işçinin formada olub-olmamasına, gigiyenik qaydaları gözləyib-gözləməməsinə baxaraq riskin az və çox olduğunu görə bilər. Xammalların ayrılıqda saxlanılması üçün şərait yoxdur, müəssisənin isti və soyuq məhsullar üçün anbarı yoxdursa, burada hansı keyfiyyətdən danışmaq olar?"
Qida texnoloqu Ağa Salamov isə deyir ki, ölkədə yerli məhsullardan başqa, kənardan idxal olunan ət məhsulları da var:
"Preslənmiş formada ölkəyə ətlər idxal olunur. Bu məhsullar Ukrayna, Hindistandan çox aşağı qiymətə gətirilir. Burada problem ondan ibarətdir ki, ətin mənşəyi bəlli deyil və o, buzlaşdırılmış formada gətirilir. Buzlu formada gətirildikdən sonra buzu açılır, dönər hazırlanması üçün emal olunur və təzədən həmin əti şirkət donduraraq dönərxanalara bu şəkildə satır. Zəhərlənməyə səbəb olan bir ehtimal budur".
Dönərdən kütləvi zəhərlənmələr
Xatırladaq ki, 2019-cu ildə dönərdən kütləvi zəhərlənmə hadisəsi baş vermişdi. Paytaxtın Xətai rayonu, Babək prospekti 65 ünvanda yerləşən maşın bazarında fəaliyyət göstərən "Qədir xum” adlı dönərxanadan dönər alıb yedikdən sonra 20 nəfərin səhhətlərində yaranmış problemlə əlaqədar onlar xəstəxanaya yerləşdirilmişdi.
Xəbər lenti
0