https://sputnik.az/20211215/pekinden-moskvaya-jest-elaqelerimiz-muttefiqlikden-de-artiqdir-437272082.html
Pekindən Moskvaya jest: Əlaqələrimiz müttəfiqlikdən də artıqdır
Pekindən Moskvaya jest: Əlaqələrimiz müttəfiqlikdən də artıqdır
Sputnik Azərbaycan
Rusiya və Çin rəhbərləri iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsindəın artıq olduğunu təsdiqləyiblər.
2021-12-15T18:22+0400
2021-12-15T18:22+0400
2021-12-15T19:53+0400
pekin
rusiya
vladimir putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/41570/64/415706403_0:0:3034:1708_1920x0_80_0_0_700c21daa8a527537e158f784e22fe5e.jpg
BAKI, 15 dekabr — Sputnik. Rusiya və Çin rəhbərləri Vladimir Putin və Si Cin Pin iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsindən artıq olduğunu təsdiqləyiblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib."Hər iki lider bildirib ki, əlaqələr indiyədək görünməmiş yüksək səviyyəyə çatıb və çox uğurla inkişaf edir. Çin Xalq Respublikasının sədri hətta obrazlı şəkildə dedi ki, ikitərəfli münasibətlərimiz öz gücü və səmərəliliyinə görə müttəfiqlik səviyyəsini də üstələyir, yəni ikitərəfli münasibətlərə ən yüksək qiymət verilib", - deyə Uşakov qeyd edib.Uşakov onu da qeyd edib k, Rusiya lideri Putin 2022-ci ilin fevralında Çinə səfər edəcək və burada Çin lideri ilə ikitərəfli münasibətlər, aktual problemlərə dair bütün spektr və cari məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılacaq.Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, Putin və Si Cin Pin ABŞ-da təşkil olunan demokratiya sammitini müzakirə edib və onun qeyri-səmərəli olduğunu, yeni bölücü xətlər yaratdığını bildiriblər.Uşakov, həmçinin qeyd edib ki, liderlər "Sibirin gücü 2" qaz kəməri vasitəsilə qaz nəqli mövzusunu müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41570/64/415706403_252:0:2983:2048_1920x0_80_0_0_233f738ac41277ff3e28e04e633c783f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin lider rusiya qısqandıracaq fikir
çin lider rusiya qısqandıracaq fikir
Pekindən Moskvaya jest: Əlaqələrimiz müttəfiqlikdən də artıqdır
18:22 15.12.2021 (Yenilənib: 19:53 15.12.2021) Rusiya lideri Putin 2022-ci ilin fevralında Çinə səfər edəcək və burada Çin lideri ilə ikitərəfli münasibətlər, aktual problemlərə dair bütün spektr və cari məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılacaq.
BAKI, 15 dekabr — Sputnik. Rusiya və Çin rəhbərləri Vladimir Putin və Si Cin Pin iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsindən artıq olduğunu təsdiqləyiblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Hər iki lider bildirib ki, əlaqələr indiyədək görünməmiş yüksək səviyyəyə çatıb və çox uğurla inkişaf edir. Çin Xalq Respublikasının sədri hətta obrazlı şəkildə dedi ki, ikitərəfli münasibətlərimiz öz gücü və səmərəliliyinə görə müttəfiqlik səviyyəsini də üstələyir, yəni ikitərəfli münasibətlərə ən yüksək qiymət verilib", - deyə Uşakov qeyd edib.
Uşakov onu da qeyd edib k, Rusiya lideri Putin 2022-ci ilin fevralında Çinə səfər edəcək və burada Çin lideri ilə ikitərəfli münasibətlər, aktual problemlərə dair bütün spektr və cari məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılacaq.
Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, Putin və Si Cin Pin ABŞ-da təşkil olunan demokratiya sammitini müzakirə edib və onun qeyri-səmərəli olduğunu, yeni bölücü xətlər yaratdığını bildiriblər.
Uşakov, həmçinin qeyd edib ki, liderlər "Sibirin gücü 2" qaz kəməri vasitəsilə qaz nəqli mövzusunu müzakirə ediblər.