Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Neftin qiymətləri - bu gün və sabah: üzümüzə gələn il bizə nə vəd edir

© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Abunə olmaq
Dünya iqtisadiyyatının bərpası sürətinə Omikronun mənfi təsir edəcəyi ilə bağlı ehtimallar fonunda investorlar proqnozları ehtiyatla dəyərləndirirlər.
BAKI, 14 dekabr - Sputnik. Cari ildə neft kotirovkaları dünya iqtisadiyyatının bərpasına ümid verən göztəricilər fonunda möhkəmlənməkdə davam edirdi. Lakin koronavirusun yeni ştammının meydana çıxması bu prosesi bir qədər ləngitdi. Noyabrın 26-da koronavirusun genetik Omikron variantının aşkar edilməsi kotirovkaları ciddi şəkildə çökdürdü.
Eyni zamanda, ötən həftə neft bazarı demək olar ki, tamamilə bərpa olundu. S-zülalın çoxlu sayda mutasiyalarının olmasına rəğmən hazırda koronavirusa qarşı mövcud olan vaksinlərin Omikrona qarşı, bir qədər az olsa da, təsirli olacağını deməyə əsas var. Bu bazarı bir qədər sakitləşdirdi. lakin ümumilikdə neft bazarında qiymətlər hələ də dəyişkən olaraq qalır.
Dünya iqtisadiyyatının bərpası sürətinə Omikronun mənfi təsir edəcəyi ilə bağlı ehtimallar fonunda investorlar proqnozları ehtiyatla dəyərləndirirlər.
Yola saldığımız ildə neftin qiymətlərinin bərpası dinamikası necə olub və 2022-ci ildə neft bazarında hansı proseslər gözlənilir? Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Dekabrın 15-də saat 10:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində bu suallara cavab vertəcək.
Spikerlərə suallarınızı öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0