Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanın qeyd-şərti dəyişdirilir - Səbəb

Asim Mollazadə - Sputnik Azərbaycan, 1920, 14.12.2021
Xəbərlərə abunə olun
Millət vəkilinin fikrincə, artıq Qarabağ məsələsi bağlanıb və reallıq ondan ibarətdir ki, Azərbaycanın əraziləri azad olunub.
BAKI, 8 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında "Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə və “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokola qoşulmaq barədə və “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə haqqında parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Onun sözlərinə görə, məsələ əqli mülkiyyət hüququnun qorunması və mühafizəsi sahəsində əməkdaşlıq üzrə sazişlərin ratifikasiyası ilə əlaqədardır: "Sazişlərin spesifikliyindən danışan birinci vitse-spiker diqqətə çatdırıb ki, sənəddə sahə əməkdaşlıq orqanının yaradılması nəzərdə tutulub. Sazişə görə, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar və Şura öz fəaliyyətini bu sazişin ayrılmaz hissəsi olan müvafiq Əsasnamə əsasında həyata keçirir. Azərbaycan tərəfi sənədə müəyyən qeyd-şərtlə qoşulur".
Azərbaycanın indiyədək beynəlxalq sənədləri imzalayarkən Ermənistanın torpaqlarımızı işğalı faktını xüsusi qeyd-şərt kimi irəli sürməsinin siyasi-hüquqi və tarixi əhəmiyyətini vurğulayan parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hazırda təqdim olunan qeyd-şərtin ərazi bütövlüyü məsələsi ilə deyil, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı olduğunu bildirib.
Bildirilib ki, bu beynəlxalq sənədlər 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Saziş və 2017-ci il mayın 26-da Kazan şəhərində imzalanmış “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokoldur. Sözügedən saziş və protokolla bağlı tarixi ardıcıllıq üzrə ətraflı izahat verilərkən Azərbaycanın bu sənədlərə qoşulmasını dövrün çağırışları kontekstində dəyərləndirilib. Təqdim olunan sazişlə bağlı Azərbaycanın müvafiq qeyd-şərtinin keyfiyyətcə yeni məzmun daşıdığı, Vətən müharibəsindəki Zəfərin yaratdığı reallıqlara və çağırışlara tam uyğun olduğunu bildirilib. Belə ki, Azərbaycanın qeyd-şərtinə görə bu sazişin müddəaları münaqişənin nəticələri tam aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcək.
Vurğulanıb ki, qanun layihəsində 1998-ci il 4 dekabr tarixli “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” Qanunun ləğvi də 2010-cu il noyabrın 19-da Sankt-Peterburq şəhərində imzalanmış “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişin müddəalarından irəli gəlir.
Birinci sənəd imzalananda Azərbaycanın qeyd-şərti işğal olunmuş ərazilərimiz ilə bağlı idi. Azərbaycan xüsusi olaraq bu məsələni orada qeyd-şərtlə vurğulamışdı. Bunu Sputnik Azərbaycan-a Azərbaycanın beynəlxalq sənədlərdə Ermənistanla bağlı irəli sürdüyü qeyd-şərtdəki dəyişikliklə bağlı açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Millət vəkilinin sözlərinə görə, hazırda reallıqlara görə bu dəyişikliyə lüzum görülür:

"Azərbaycan Vətən Müharibəsindən sonra ərazilərini işğaldan azad edib və bu reallıq göstərir ki, əvvəlki qeyd-şərtə artıq ehtiyac yoxdur. Lakin MDB-nin Əqli mülkiyyətlə bağlı yeni şurası yaranıb və burada Azərbaycan yeni qeyd-şərti xüsusi qeyd edir. Burada göstərilir ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşmayana qədər Azərbaycan bu sənəddə Ermənistana aid olan məsələlərdə iştirakçı olmayacaq. Bu yeni olan, ikinci qeyd-şərtdir. Burada birinci məqsəd hamının diqqətinə reallığın dəyişdiyini çatdırmaqdır. İkinci məqam isə Ermənistanı sülhə məcbur etməklə bağlıdır. Ermənistan sülh istiqamətində zəruri addımlar atmalıdır ki, əməkdaşlıq mümkün olsun".

Millət vəkilinin fikrincə, artıq Qarabağ məsələsi bağlanıb və reallıq ondan ibarətdir ki, Azərbaycanın əraziləri azad olunub.
Həmçinin oxuyun:
Zəngəzur dəhlizinin işə salınması ilə Bakı limanında yük axınının artımı gözlənilir
İlham Əliyev: "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq?"
"Qarabağı ürəyimizdə saxlamışdıq və oranı görməyən gənc nəsil yetişdi"
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала