Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada atışma: Ölənlər və yaralılar var

© Photo : Eyewitness photoMoskvada atışmanın baş verdiyi ərazi
Moskvada atışmanın baş verdiyi ərazi - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Hadisədən sonra "İki və daha artıq şəxsin öldürülməsi" və "Qanunsuz silah dövriyyəsi" maddələri ilə cinayət işi açılıb.
BAKI, 7 dekabr — Sputnik. Rusiyanın paytaxtı Moskvada atışma olub. Sputnik Azərbaycan xəbər verir ki, hadisə şəhərin cənub-şərqində, "Ryazan" Çoxfunksiyalı Mərkəzində baş verib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Güllə xəsarəti alanlardan biri 10 yaşlı qızdır. Onun xəstəxanada keçindiyi deyilsə də, sonradan təkzib olunub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
KİV-in məlumatına görə, kişi ÇFM-ə daxil olub, maska taxmaqdan imtina edib və mühafizəçinin onu bayıra çıxarmaq cəhdinə cavab olaraq tapançadan atəş açıb.
Hadisədən sonra "İki və daha artıq şəxsin öldürülməsi" və "Qanunsuz silah dövriyyəsi" maddələri ilə cinayət işi açılıb.
Atəş açan kişini DİN-in miqrasiya məsələləri üzrə bölməsinin əməkdaşı saxlayıb. Ona 20 il və ya ömürlük həbs cəzası kəsə bilərlər.
Xəbər lenti
0