Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Həştərxan Dövlət Universiteti Azərbaycanda mütəxəssis hazırlayacaq

© Sputnik / Murad OrujovРектор Астраханского государственного университета Константин Маркелов
Ректор Астраханского государственного университета Константин Маркелов - Sputnik Azərbaycan, 1920, 07.12.2021
Abunə olmaq
Rusiya Universiteti "Şimal-Cənub" nəqliyyat dəhlizi üçün rəqəmsal platformanın təmin edilməsi və yaradılması ilə bağlı Azərbaycan Universitetləri ilə əməkdaşlıq edəcək.
BAKI, 7 dekabr — Sputnik. Həştərxan Dövlət Universiteti dekabrın 15-dən rus dilinin təbliği, Azərbaycanda rusdilli məktəblərdə dərs deyən müəllimlərin və mütəxəsislərin hazırlanması ilə bağlı layihənin reallaşdırılmasına başlayacaq. Bu barədə Sputnik Azərbaycan-a müsahibəsində Həştərxan Dövlət Universitetinin rektoru Konstantin Markelov bildirib.

"Həştərxan Dövlət Universitetinin Təhsil, Elm və Texnologiya Mərkəzi ofisinin açılışından sonra, dekabrın 15-dən bizim filologiya və jurnalistika fakultəsi burada rus dilinin təbliği, Azərbaycanda rusdilli məktəblərdə dərs deyən müəllimlərin və mütəxəsislərin hazırlanması ilə bağlı kifayət qədər böyük layihə həyata keçirəcək", - deyə Markelov qeyd edib.

Onun sözlərinə görə, bu layihə federal xarakter daşıyır və Rusiyanın Təhsil Nazirliyi tərəfindən dəstəklənir.
"Biz belə bir qrant aldıq və onu müxtəlif ölkələrdə, o cümlədən Tacikistan, Belarus, Özbəkistanda həyata keçiririk. Dekabrın 15-dən mütəxəssislərimiz Bakıya gələcək və burada işləməyə başlayacaqlar", - deyə Universitetin rektoru vurğulayıb.
Markelov onu da qeyd edib ki, Həştərxan Universitetinin Azərbaycandakı tərəfdaşları ilə birgə Xəzər regionu ilə bağlı elmi layihələrin təşviqi üçün bir çox maraqlı planları var.
"Buna görə də, universiteti birbaşa Azərbaycan tərəfinə yaxınlaşdırmaq bizim üçün çox vacibdir və yəqin ki, bu mərkəzin əsas funksiyası buradakı tərəfdaşlarımızla daimi görüşlər, tədbirlər, elmi və təhsil layihələri və proqramları üzrə işlərin əlaqələndirilməsidir", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib.
"Şimal-Cənub" çərçivəsində layihələrin həyata keçirilməsi üzrə ümumi layihələr
Markelov onu da bildirib ki, Həştərxan Dövlət Universitetinin Təhsil, Elm və Texnologiya Mərkəzi azərbaycanlı, rusdilli və bu gün Həştərxanda, bütövlükdə Xəzər regionunda və Rusiyada həyata keçirilən layihələrlə maraqlanan gəncləri cəlb etmək üçün bir növ mərkəzə çevriləcək.

"Azərbaycan Universitetləri ilə çoxdankı əlaqələrimiz var. Biz 11-dən çox universitet və elmi müəssisə ilə əməkdaşlıq edirik. Azərbaycan məktəblərinin məzunları Həştərxan Dövlət Universitetinə daxil olurlar", - deyə rektor əlavə edib.

O həmçinin qeyd edib ki, bu ərəfədə iki Azərbaycan Universitetlərində – Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində görüşlər keçirilib.
"Bizim robototexnika, dəniz tədqiqatları, ekologiya və rəqəmsallaşdırma və "Şimal-Cənub" nəqliyyat dəhlizi üçün rəqəmsal platformanın təmin edilməsi və yaradılması ilə bağlı bütün rəqəmsal layihələri birləşdirə biləcəyimiz maraqlı layihələrimiz var. Bu həmçinin aqrar mövzudur, ərzaq və Xəzər regionunun ümumi təhlükəsizliyidir", - deyə Markelov bildirib.
Buna görə də, rektor qeyd edib ki, bu gün Bakıda açılan mərkəz Azərbaycan üzrə bütün layihələrin bir yerə toplanacağı bir nöqtə və Həştərxan ilə Azərbaycan paytaxtı arasında birləşdirici halqa kimi nəzərdən keçirilir.
"Bu, bizim üçün çox vacibdir və biz əlaqələrimizdə ciddi dönüşə ümid edirik - biz tərəfdaşlarla Həştərxan Dövlət Universitetində həyata keçirilən layihələri daha yüksək səviyyəyə qaldırmağı planlaşdırırıq", - deyə rektor fikrini tamamlayıb.
Həmçinin oxuyun:
Həştərxan və Bakı arasında əməkdaşlığa dair hökumət proqramı imzalanıb
İlham Əliyev: "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq?"
Xəbər lenti
0