Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov ABŞ-Rusiya münasibətlərini "Avgi tövləsinə" bənzətdi

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Abunə olmaq
Putinin mətbuat katibi bildirib ki, ümid iki ölkə liderlərinin onları narahat edən məsələləri bir-birinin diqqətinə çatdıra biləcəklərinə qalıb.
BAKI, 6 dekabr — Sputnik. Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasındakı danışıqlardan hər hansı bir irəliləyiş gözləmək çətindir, çünki ölkələr arasında münasibətlərdə nəhəng "Avgi tövlələri" mövcuddur.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.
"Danışıqlardan irəliləyiş gözləmək çətindir. Hazırda bizim ikitərəfli münasibətlərimzdə elə böyük "Avgi tövlələri" var ki, onları bir neçə saatlıq söhbətlə təmizləmək mümkün deyil. Odur ki, gəlin, heç olmasa, liderlərin onları narahat edən məsələləri bir-birinin diqqətinə çatdıra biləcəklərinə ümid edək", – deyə mətbuat katibi vurğulyıb.
Qeyd edək ki, sabah, dekabrın 7-də Putinlə Baydenin videokonfrans rejimində danışığı baş tutacaq. Prezidentlər ikitərəfli müansibətlərdən tutmuş dünya gündəminə kimi bir sıra məsələləri müzakirə edəcəklər.
Xəbər lenti
0