Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Autizm problemləri və onların həlli yolları

© AFP 2024 / MARTIN BUREAUAutizmdən əziyyət çəkən uşaq
Autizmdən əziyyət çəkən uşaq - Sputnik Azərbaycan, 1920, 06.12.2021
Abunə olmaq
BAKI, 6 dekabr — Sputnik. Autizm xəstəlikdən daha çox, erkən yaşda başlayan və özünü əsasən sosial münasibətlər və ünsiyyət sahəsində göstərən inkişaf problemidir. Autizm əlamətləri daha çox iki yaşdan etibarən təzahür etməyə başlayır.
Autizm – özünü ətraf mühitdən təcrid etmək, real həyatdan uzaqlaşmaqla büruzə verir. Autizmin təzahürlər spektri çox geniş olsa da, əsas simptomlar ümumi xarakter daşıyır: sosial münasibətlərin pozulması, nitq qabiliyyətinin zəif inkişaf etməsi, ünsiyyətdən qaçmaq və s..
Azərbaycanda artıq neçə illərdir ki, autizmdən əziyyət çəkən uşaqların cəmiyyətə inteqrasiya imkanlarını genişləndirmək üçün iş aparılır. Pandemiyaya qədər, 2019-cu ildə autizmdən əziyyət çəkənlərin inteqrasiyası ilə bağlı sosial layihələrin sayı artırılmışdı. Rəsmi statistikaya əsasən, bu imkandan 9000 nəfər, o cümlədən, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da yararlanıblar.
Ötən il göstərilən sosial xidmətlər arasında autizmli uşaqlara qayğı xüsusi yer tutur. Bu məqsədlə 800-dən çox uşağın iştirakı ilə ayrıca layihə həyata keçirilib. Həmin layihənin 2020-2021-ci illərdə davam etdirilməsi planlaşdırılır. Layihə çərçivəsində sosial-psixoloji reabilitasiya, fizioterapiya müalicəsi, müayinələr, sosial inteqrasiya, nevropatoloqun konsultasiyasına xüsusi önəm verilib.
Dekabrın 10-u, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, dövlət qurumları və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Azərbaycanda autizm problemlərinə həsr olunmuş saytın təqdimatı keçiriləcək. Tədbirdə, həmçinin bu xəstəlikdən əziyyət çəkən insanların cəmiyyətə inteqrasiya problemlərinin həlli ilə bağlı müzakirələr aparılacaq.
Xəbər lenti
0