QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

© AR Ministry of Internal AffairsErmənilərin döyüş meydanında qoyub qaçdığı silahlar, arxiv şəkli
Ermənilərin döyüş meydanında qoyub qaçdığı silahlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.
BAKI, 2 dekabr — Sputnik. İşğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Naziliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.
Polis əməkdaşları 7 avtomat, 3 qumbaraatan, 3 pulemyot, 7 qumbaraatan mərmisi, 8 əl qumbarası, 4 partladıcı vasitə, 3 sandıq, 5 435 müxtəlif çaplı patronlar və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.
Xəbər lenti
0