Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: Putin və Baydenin təmaslarına ehtiyac var

© Sputnik / Павел Бедняков / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров во время пресс-конференции на полях саммита "Группы двадцати" в Риме
Министр иностранных дел РФ Сергей Лавров во время пресс-конференции на полях саммита Группы двадцати в Риме - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
Rusiya və ABŞ prezidentləri arasında ilk görüş bu il iyunun 16-da Cenevrədə keçirilib. Liderlərin görüşdən sonrakı birgə bəyanatında tərəflər strateji sabitlik üçün ikitərəfli dialoqa başlamaq niyyətində olduqlarını bildirmişdilər.
BAKI, 2 dekabr — Sputnik. Moskva ümid edir ki, Putin və Baydenin təması yaxın günlərdə baş tutacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Yaxın günlərdə iki prezident arasında təmas baş tutacaq. Dərhal deməliyəm ki, tarix hələ razılaşdırılmayıb. İki liderin təqvimlərini uyğunlaşdırmaqda çətinliklər var, lakin təmasa ehtiyac var. Bizim xeyli sayda problemimiz var", - deyə Ryabkov bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden gələn ilin əvvəlində görüşə bilərlər.
Qeyd olunub ki, bu ilin sonuna qədər prezidentlərin videoformatda görüşünün təşkil olunacağı ehtimal edilir.
Noyabrın 9-u Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da liderlərin görüşünün əhəmiyyətli olduğunu qəbul etdiklərini, ancaq bunun üçün konkret zamanın müəyyənləşdirilmədiyini açıqlamışdı.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri arasında ilk görüş bu il iyunun 16-da Cenevrədə keçirilib. Liderlərin görüşdən sonrakı birgə bəyanatında tərəflər strateji sabitlik üçün ikitərəfli dialoqa başlamaq niyyətində olduqlarını bildirmişdilər. Eyni zamanda Rusiya və ABŞ kibertəhlükəsizlik, məhbus mübadiləsi və silahlara nəzarət üzrə məsləhətləşmələrə başlamaq niyyətində olduqlarını da açıqlamışdılar.
Həmçinin oxuyun:
Bakı və Yerevan arasında mübahisəli məsələlər Moskvanın diqqətindədir
Xəbər lenti
0