https://sputnik.az/20211202/dsx-zabiti-rovsen-cahangirovun-jurnaliste-qarsi-nalayiq-hereketi-yolverilmezdir---ms-436875587.html
DSX zabiti Rövşən Cahangirovun jurnalistə qarşı nalayiq hərəkəti yolverilməzdir - MŞ
DSX zabiti Rövşən Cahangirovun jurnalistə qarşı nalayiq hərəkəti yolverilməzdir - MŞ
Sputnik Azərbaycan
Bildirilib ki, media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır. 02.12.2021, Sputnik Azərbaycan
2021-12-02T12:17+0400
2021-12-02T12:17+0400
2021-12-02T12:23+0400
mətbuat şurası
paytaxt xəbərləri
dsx
https://cdnn1.img.sputnik.az/img/41282/02/412820212_0:176:1465:1000_1920x0_80_0_0_c31e7c9dd308c52795f378324646a732.jpg
BAKI, 2 dekabr — Sputnik. Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən "Baku TV"nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.Bildirilib ki, media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır. Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşaiyət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır."Azərbaycan Mətbuat Şurası "Baku TV"nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. Şura Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır", - bəyanatda deyilir. Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün "Baku TV" əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. Şura ümid edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcəkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41282/02/412820212_132:0:1465:1000_1920x0_80_0_0_22b4c09cab70c17179a0daf2de7472dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mətbuat şurası, dsx
DSX zabiti Rövşən Cahangirovun jurnalistə qarşı nalayiq hərəkəti yolverilməzdir - MŞ
12:17 02.12.2021 (Yenilənib: 12:23 02.12.2021) Bildirilib ki, media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır.
BAKI, 2 dekabr — Sputnik. Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən "Baku TV"nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır. Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşaiyət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır.
"Azərbaycan Mətbuat Şurası "Baku TV"nin əməkdaşlarına münasibətdəki rəftarı qətiyyətlə pisləyir. Şura Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır", - bəyanatda deyilir.
Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün "Baku TV" əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. Şura ümid edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcəkdir.