Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda narkotik satanlar saxlanılıblar

© AR Ministry of Internal AffairsDaxili İşlər Nazirliyinin binası
Daxili İşlər Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
Əməliyyat tədbirlərinin davamı olaraq paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Məhərrəm Paşayev də saxlanılıb.
BAKI, 2 dekabr — Sputnik. Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Xətai rayon sakini Anar Məmmədov tutularaq istintaqa təqdim edilib.
Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
O, ifadəsində narkotik maddələri tanışı Məhərrəm adlı şəxsdən istifadə etmək məqsədilə aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Məhərrəm Paşayev də saxlanılıb.
Onun üzərində və idarə etdiyi avtomobildə axtarış aparılan zamanı satış üçün 24 ədəd bükümdə qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib.
Məhərrəm Paşayev ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı saxlanılan şəxslərin ətraflarında Səbail Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0