Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda 7 il əvvəl törədilən qətlə görə məhkəmə başlayıb

© Official website of President of Azerbaijan RepublicMəhkəmə zalı, arxiv şəkli
Məhkəmə zalı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2021
Abunə olmaq
İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
BAKI, 2 dekabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt ərazisində qətl törətməkdə təqsirləndirilən Muxtarov İbrahim Nadir oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Sputnik Azərbaycan bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 6-na təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində qeydə alınıb.
Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınıb, "İnterpol" xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.
İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, İ.Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir.
Xəbər lenti
0