https://sputnik.az/20211201/rusiyada-pcr-testin-muddeti-48-saata-endirilib-436834128.html
Rusiyada PCR testin müddəti 48 saata endirilib
Rusiyada PCR testin müddəti 48 saata endirilib
Sputnik Azərbaycan
Popovanın izahatına görə, Rusiyada istifadə edilən bütün PCR testləri hətta "omikrona" yoluxma halında da işləyir. 01.12.2021, Sputnik Azərbaycan
2021-12-01T08:15+0400
2021-12-01T08:15+0400
2021-12-01T10:10+0400
rusiya
koronavirus
covid-19
omikron ştammı
https://cdnn1.img.sputnik.az/img/07e5/04/10/426715312_0:242:2781:1806_1920x0_80_0_0_2c91d550fd14ebacbc30c2529a9fd224.jpg
BAKI, 1 dekabr - Sputnik. Rusiyada koronavirusun “omicron” ştammını müəyyən edən testlər hazırlanıb.Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.O, “Rospotrebnadzor”un Milli Tədqiqatlar İnstitutu tərəfindən məhz koronavirusun “omicron” ştammını müəyyən edən testlərin hazırlandığını söyləyib. Rusiyanın baş həkimi koronavirusun “omicron” ştammına görə PCR testlərin fəaliyyət müddətinin 72 saatdan 48 saata endirildiyi haqqında qərar qəbul edildiyini də açıqlayıb. O, bunu “omicron” ştammının xüsusiyyəti ilə əlaqələndirib."Yeni omikron ştammının xüsusiyyətlərini, artan yoluxuculuğunu və orqanizmin daha sürətli reaksiya vermə potensialını nəzərə alaraq, biz PCR testinin müddətini 72 saat deyil, 48 saatla məhdudlaşdırmaq qərarına gəldik", - deyə Popova Hökumət yanında COVID-19 ilə mübarizə üzrə Koordinasiya Şurasının Rəyasət Heyətinin iclasında bildirib. Popovanın izahatına görə, Rusiyada istifadə edilən bütün PCR testləri hətta "omikrona" yoluxma halında da işləyir. Bununla belə, "Rospotrebnadzor"un Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutu SARS-CoV-2-nin bu xüsusi variantını müəyyən etmək üçün sistem hazırlayıb."Bu, təkcə diaqnozu təsdiqləməyə deyil, həm də koronavirus nümunəsinin bu xüsusi ştammına aid olduğunu müəyyən etməyə imkan verir”, - deyə o, izah edib. Onun sözlərinə görə, "omicron" ciddi narahatlıq doğurur və dərhal öyrənilməsini tələb edir. Çünki onun mutasiyaları virusun hüceyrələrə daxil olma və "reseptorlara bağlanma" qabiliyyətini artırır, həmçinin infektivliyin artmasına təsir göstərir. Virusun qarşısının alınmasına dair tədbirlər isə eyni olaraq qalır: peyvənd, revaksinasiya, sosial təmasların azaldılması və maskaların taxılması.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/10/426715312_25:0:2756:2048_1920x0_80_0_0_e2f16431b47eb94c36fac074cda4e4f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
koronavirus, covid-19, omikron ştammı
koronavirus, covid-19, omikron ştammı
Rusiyada PCR testin müddəti 48 saata endirilib
08:15 01.12.2021 (Yenilənib: 10:10 01.12.2021) Popovanın izahatına görə, Rusiyada istifadə edilən bütün PCR testləri hətta "omikrona" yoluxma halında da işləyir.
BAKI, 1 dekabr - Sputnik. Rusiyada koronavirusun “omicron” ştammını müəyyən edən testlər hazırlanıb.
Sputnik Azərbaycan
RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.
O, “Rospotrebnadzor”un Milli Tədqiqatlar İnstitutu tərəfindən məhz koronavirusun “omicron” ştammını müəyyən edən testlərin hazırlandığını söyləyib.
Rusiyanın baş həkimi koronavirusun “omicron” ştammına görə PCR testlərin fəaliyyət müddətinin 72 saatdan 48 saata endirildiyi haqqında qərar qəbul edildiyini də açıqlayıb. O, bunu “omicron” ştammının xüsusiyyəti ilə əlaqələndirib.
"Yeni omikron ştammının xüsusiyyətlərini, artan yoluxuculuğunu və orqanizmin daha sürətli reaksiya vermə potensialını nəzərə alaraq, biz PCR testinin müddətini 72 saat deyil, 48 saatla məhdudlaşdırmaq qərarına gəldik", - deyə Popova Hökumət yanında COVID-19 ilə mübarizə üzrə Koordinasiya Şurasının Rəyasət Heyətinin iclasında bildirib.
Popovanın izahatına görə, Rusiyada istifadə edilən bütün PCR testləri hətta "omikrona" yoluxma halında da işləyir. Bununla belə, "Rospotrebnadzor"un Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutu SARS-CoV-2-nin bu xüsusi variantını müəyyən etmək üçün sistem hazırlayıb.
"Bu, təkcə diaqnozu təsdiqləməyə deyil, həm də koronavirus nümunəsinin bu xüsusi ştammına aid olduğunu müəyyən etməyə imkan verir”, - deyə o, izah edib.
Onun sözlərinə görə, "omicron" ciddi narahatlıq doğurur və dərhal öyrənilməsini tələb edir. Çünki onun mutasiyaları virusun hüceyrələrə daxil olma və "reseptorlara bağlanma" qabiliyyətini artırır, həmçinin infektivliyin artmasına təsir göstərir.
Virusun qarşısının alınmasına dair tədbirlər isə eyni olaraq qalır: peyvənd, revaksinasiya, sosial təmasların azaldılması və maskaların taxılması.