QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi yaradılıb

© Photo : REPORTEmin Hüseynov, arxiv şəkli
Emin Hüseynov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Abunə olmaq
Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi vəzifəsi ləğv olunub.
BAKI, 1 dekabr — Sputnik. Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Prezidentin digər təşəbbüsü ilə Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi vəzifəsi ləğv olunub.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sənədə əsasən, "Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 493) ləğv edilib.
Xəbər lenti
0