Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin ilk dəfə açıqladı – Rusiya NATO təlimlərindən narahatdır

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2021
Abunə olmaq
Prezident bildirib ki, Rusiya Federasiyası son vaxtlar Qara dənizdə olduğu kimi, onun sərhədləri yaxınlığında irimiqyaslı təlimlərin, o cümlədən planlaşdırılmamış təlimlərin keçirilməsi ilə bağlı müəyyən narahatlıqlar yaşayır.
BAKI, 30 noyabr — Sputnik. NATO-nun Rusiya sərhədlərinə niyə yaxınlaşmasına dair suala məntiqli cavab yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya çağırır!" investisiya forumunda çıxışı zamanı bildirib.

"Rusiya və Qərb cəmiyyəti arasında münasibətlər 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində "buludsuz" idi. NATO-nu bizim sərhədlərimizə doğru genişləndirmək nəyə gərək idi? Nə üçün? Bu suala kim cavab verə bilər? Bu suala məntiqli cavab yoxdur", - deyə Rusiya prezidenti qeyd edib.

O, həmçinin qeyd edib ki, Rusiya sərhədləri yaxınlığında hərbi təlimlərin, o cümlədən planlaşdırılmamış təlimlərin keçirilməsindən narahatdır: "Rusiya Federasiyası da son vaxtlar Qara dənizdə olduğu kimi, onun sərhədləri yaxınlığında irimiqyaslı təlimlərin, o cümlədən planlaşdırılmamış təlimlərin keçirilməsi ilə bağlı müəyyən narahatlıqlar yaşayır".
Xəbər lenti
0