Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Ölür, can alır, yetim qoyur, şikəst və bədbəxt edirsiz - DİN-dən sürücülərə müraciət

© Sputnik / Murad OrujovSükan arxasında sürücü, arxiv şəkli
Sükan arxasında sürücü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2021
Abunə olmaq
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb
BAKI, 29 noyabr — Sputnik. Daxili İşlər Nazirliyi sürücülərə müraciət edib.
Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, şənbə və bazar günləri respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb:
"Ehtiyatsızlıq can alır, öldürür, yetim qoyur, şikəst edir, bədbəxt edir. Bu faktlı hadisələrin miqyasına baxaq - ibrət var. Hara tələsirdilər?! Ağırdır. Təskinliyi yoxdur. Analar övladsız, övladlar atasız, ailələr başsız qaldı. Varmı onları əvəz edəcək kimsə? Yoxdur".
Elşad Hacıyev əlavə edib ki, sürücülər yol polisini görəndə sürəti azaldır: "Qorxur ki, məsuliyyətə cəlb ediləcək? Bəs bu özündən sonra gözü yaşlı qoyduqlarının taleyi necə olacaq?"
Xəbər lenti
0