Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Nobel mükafatı laureatı Azərbaycana gəlir

© AFP 2023 / MAX ENGLUNDƏziz Səncər, arxiv şəkli
Əziz Səncər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2021
Abunə olmaq
UNEC İqtisadi Forumu dekabrın 1-də başlayacaq. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış edəcəyi forumun ana devizi "Zəfər Yolu"dur.
BAKI, 29 noyabr — Sputnik. Kimya üzrə Nobel mükafatı laureatı, türk əsilli Əziz Səncər Azərbaycana gəlir. Sputnik Azərbaycan xəbər verir ki, dünya şöhrətli alim Bakıda keçiriləcək UNEC İqtisadi Forumunda iştirak edəcək.
Ə.Sancar dekabrın 2-də tədbirin "Post-pandemiya dövründə elm və təhsil" adlı II panelində çıxış edəcək.
Qeyd edək ki, UNEC İqtisadi Forumu dekabrın 1-də başlayacaq. Beş panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış edəcəyi forumun ana devizi "Zəfər Yolu"dur.
Eyni zamanda, forum çərçivəsində Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr, gənc alimlərin və beynəlxalq elm olimpiadalarının qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Tədbir dekabrın 3-də başa çatacaq.
Xəbər lenti
0