https://sputnik.az/20211127/paytaxtin-iki-hissesinde-hereket-mehdudlasdirilib---alternativ-variantlar-436727627.html
Paytaxtın iki hissəsində hərəkət məhdudlaşdırılıb - Alternativ variantlar
Paytaxtın iki hissəsində hərəkət məhdudlaşdırılıb - Alternativ variantlar
Sputnik Azərbaycan
Polis mayoru sürücülərə alternativ yolları göstərib. 27.11.2021, Sputnik Azərbaycan
2021-11-27T13:05+0400
2021-11-27T13:05+0400
2021-11-27T13:06+0400
paytaxt xəbərləri
küçə
prospekt
bakı
polis
yol
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/01/425615933_0:0:1231:692_1920x0_80_0_0_1b910b4e40d3a5b4555152077034fd46.jpg
BAKI, 27 noyabr — Sputnik. Bu gün paytaxtın iki küçə və prospektində hərəkət məhdudlaşdırılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Sputnik Azərbaycan-a bildirib ki, paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində hərəkət tamamilə dayandırılıb: "Buna görə də Heydər Əliyev prospektində hərəkət yalnız üzü şəhər istiqamətində baş tutacaq. Belə ki, bu yolda hərəkət 5 saylı Asan Xidmətin qarşısından keçməklə birbaşa Heydər Əliyev prospekti şəhər istiqaməti ilə orta zolağa yönəlib".O, həmçinin Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsindən üzü mikrorayon və "Memar Əcəmi" metrostansiyası istiqamətinə gedən körpüdə də hərəkətin tam məhdudlaşdırıldığını vurğulayıb: "Burada sürücülər müvəqqəti olaraq, yalnız tunellə hərəkət edə bilərlər. Həmçinin əksinə getmək istəyənlər də körpüyə daxil olmadan sağ zolaqla hərəkət etsinlər. Hazırda qeyd edilən ərazilərdə yol patrul xidməti əməkdaşları nizamlayıcı qismində xidmət apararaq, nəqliyyatın hərəkətini istiqamətləndirirlər. Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər adı çəkilən küçə və prospektlərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əvvəlcədən hərəkət istiqamətlərini düzgün qiymətlnədirib, hərəkətlərinə davam etsinlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/01/425615933_152:0:1075:692_1920x0_80_0_0_db759427c06c7d5d5af473203788a699.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
küçə, prospekt, bakı, polis, yol
küçə, prospekt, bakı, polis, yol
Paytaxtın iki hissəsində hərəkət məhdudlaşdırılıb - Alternativ variantlar
13:05 27.11.2021 (Yenilənib: 13:06 27.11.2021) Polis mayoru sürücülərə alternativ yolları göstərib.
BAKI, 27 noyabr — Sputnik. Bu gün paytaxtın iki küçə və prospektində hərəkət məhdudlaşdırılıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru
Araz Əsgərli Sputnik Azərbaycan-a bildirib ki, paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Bağırov tunelində hərəkət tamamilə dayandırılıb: "Buna görə də Heydər Əliyev prospektində hərəkət yalnız üzü şəhər istiqamətində baş tutacaq. Belə ki, bu yolda hərəkət 5 saylı Asan Xidmətin qarşısından keçməklə birbaşa Heydər Əliyev prospekti şəhər istiqaməti ilə orta zolağa yönəlib".
O, həmçinin Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsindən üzü mikrorayon və "Memar Əcəmi" metrostansiyası istiqamətinə gedən körpüdə də hərəkətin tam məhdudlaşdırıldığını vurğulayıb: "Burada sürücülər müvəqqəti olaraq, yalnız tunellə hərəkət edə bilərlər. Həmçinin əksinə getmək istəyənlər də körpüyə daxil olmadan sağ zolaqla hərəkət etsinlər. Hazırda qeyd edilən ərazilərdə yol patrul xidməti əməkdaşları nizamlayıcı qismində xidmət apararaq, nəqliyyatın hərəkətini istiqamətləndirirlər. Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər adı çəkilən küçə və prospektlərdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Əvvəlcədən hərəkət istiqamətlərini düzgün qiymətlnədirib, hərəkətlərinə davam etsinlər".