https://sputnik.az/20211127/kuce-ticaretine-qarsi-reydlere-baslandi-436722742.html
Küçə ticarətinə qarşı reydlərə başlandı
Küçə ticarətinə qarşı reydlərə başlandı
Sputnik Azərbaycan
Səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. 27.11.2021, Sputnik Azərbaycan
2021-11-27T10:23+0400
2021-11-27T10:23+0400
2021-11-27T10:23+0400
paytaxt xəbərləri
küçə
bakı
ticarət
reyd
https://cdnn1.img.sputnik.az/img/40337/63/403376353_0:0:1801:1014_1920x0_80_0_0_5cc0b29367d8246c685336285656a6fd.jpg
BAKI, 27 noyabr — Sputnik. Paytaxt rayonlarında qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən birgə profilaktik tədbirlər keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.Keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Bakı Şəhər Ticarət və Xidmət Departamenti və polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.Bu gün keçirilən reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 10-dan çox vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.Bildirilib ki, bu kimi reydlər paytaxtın mütəmadi olaraq bütün rayonlarında keçiriləcəkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40337/63/403376353_0:0:1595:1196_1920x0_80_0_0_d7070083229adb5b48173d904914e728.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
küçə, bakı, ticarət, reyd
küçə, bakı, ticarət, reyd
Küçə ticarətinə qarşı reydlərə başlandı
Səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.
BAKI, 27 noyabr — Sputnik. Paytaxt rayonlarında qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən birgə profilaktik tədbirlər keçirilir. Bu barədə
Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
Keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Bakı Şəhər Ticarət və Xidmət Departamenti və polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.
Bu gün keçirilən reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan 10-dan çox vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Bildirilib ki, bu kimi reydlər paytaxtın mütəmadi olaraq bütün rayonlarında keçiriləcəkdir.