Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Soçidə İlham Əliyevlə Vladimir Putin arasında görüş başlayıb

© SputnikRusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
Bu gün Soçidə Putinin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin hərbi əməliyyatların dayandırılmasına və atəşkəsə dair razılığın imzalanmasının bir illiyinə həsr olunan görüşü reallaşacaq.
BAKI, 26 noyabr - Sputnik. Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş başlayıb.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün Soçidə Putinin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin hərbi əməliyyatların dayandırılmasına və atəşkəsə dair razılığın imzalanmasının bir illiyinə həsr olunan görüşü reallaşacaq.
Kremlin mətbuat xidmətindən bildirilib ki, görüşdə tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər.
Eyni zamanda, regionda sabitliyin möhkəmlənməsi üçün növbəti addımlar da müzakirəyə çıxarılacaq. Tərəflər həmçinin regionda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına da xüsusi diqqət yetirəcəklər.
V.Putinin N.Paşinyanla da təkbətək görüşəcəyi bildirilir.
Xəbər lenti
0