https://sputnik.az/20211126/rusiya-xn--den-33-formati-barede-436704737.html
Rusiya XİN -dən "3+3" formatı barədə
Rusiya XİN -dən "3+3" formatı barədə
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, əgər Gürcüstan gəlməyə hazır olduğunu təsdiqləməsə, yer Gürcüstan üçün vakant qalacaq 26.11.2021, Sputnik Azərbaycan
2021-11-26T16:15+0400
2021-11-26T16:15+0400
2021-11-29T17:07+0400
rusiya xin rəhbəri
rusiya
türkiyə
iran
https://cdnn1.img.sputnik.az/img/40825/47/408254765_0:0:3165:1780_1920x0_80_0_0_367677d927e85b36427311ae61ae9ff5.jpg
BAKI, 26 noyabr — Sputnik. Rusiya ümid edir ki, Cənubi Qafqaz üzrə "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) görüşün keçirilməsi uzaq perspektivdə olmayan məsələdir.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib."Hələlik bu məsələlər işlənilir. Bütün iştirakçıların razılığını almaq lazımdır. Nəticə əldə olunanda onun harada keçiriləcəyini açıqlayacağıq. Ümid edirik ki, bu, uzunmüddətli perspektivdə olmayan məsələdir", - rusiyalı diplomat vurğulayıb.A. Rudenko qeyd edib ki, üç Qafqaz respublikası və Rusiya, İran və Türkiyənin iştirakı ilə "3+3" formatında Gürcüstan üçün yer Tbilisi müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirənə qədər qalacaq: "Biz gürcülərin bu prosesdə iştirakına tam açığıq. Bu altı dövlətin paytaxtlarından birində görüşün keçirilməsi planlaşdırılır. Əgər Gürcüstan gəlməyə hazır olduğunu təsdiqləməsə, yer Gürcüstan üçün vakant qalacaq. Gürcüstan bunu zəruri hesab edəndə prosesin eyni tamhüquqlu iştirakçısı olacaq".Xatırladaq ki, Gürcüstan “3+3” regional əməkdaşlıq formatında iştirakı nəzərdən keçirməyəcəyini Rusiya tərəfinin diqqətinə çatdırıb.Qonşu ölkənin mövqeyini Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya tərəfinə bildirib.Xüsusi nümayəndə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriqori Karasinlə keçirdiyi görüşdə ölkələr arasında ticari-iqtisadi, əmlak və humanitar məsələlər müzakirə olunub.Görüşdə Rusiya tərəfi Gürcüstanın “3+3” təşəbbüsünə münasibəti ilə maraqlanıb. Z.Abaşidze qeyd edib ki, Gürcüstan tərəfi bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcək.Həmçinin oxuyun:Rusiyanın Azərbaycandakı səfiri: ""3+3" formatını dəstəkləyirik"Gürcüstandan "3+3" əməkdaşlıq təşəbbüsünə alternativ təklifGürcüstan “3+3” təşəbbüsünə qoşulmayacağını bəyan etdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40825/47/408254765_0:0:2731:2048_1920x0_80_0_0_8e63f81c859e79927f7b0cb70aa4122f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
rusiya xin rəhbəri, türkiyə, iran
rusiya xin rəhbəri, türkiyə, iran
Rusiya XİN -dən "3+3" formatı barədə
16:15 26.11.2021 (Yenilənib: 17:07 29.11.2021) Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, əgər Gürcüstan gəlməyə hazır olduğunu təsdiqləməsə, yer Gürcüstan üçün vakant qalacaq
BAKI, 26 noyabr — Sputnik. Rusiya ümid edir ki, Cənubi Qafqaz üzrə "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) görüşün keçirilməsi uzaq perspektivdə olmayan məsələdir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Hələlik bu məsələlər işlənilir. Bütün iştirakçıların razılığını almaq lazımdır. Nəticə əldə olunanda onun harada keçiriləcəyini açıqlayacağıq. Ümid edirik ki, bu, uzunmüddətli perspektivdə olmayan məsələdir", - rusiyalı diplomat vurğulayıb.
A. Rudenko qeyd edib ki, üç Qafqaz respublikası və Rusiya, İran və Türkiyənin iştirakı ilə "3+3" formatında Gürcüstan üçün yer Tbilisi müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirənə qədər qalacaq:
"Biz gürcülərin bu prosesdə iştirakına tam açığıq. Bu altı dövlətin paytaxtlarından birində görüşün keçirilməsi planlaşdırılır. Əgər Gürcüstan gəlməyə hazır olduğunu təsdiqləməsə, yer Gürcüstan üçün vakant qalacaq. Gürcüstan bunu zəruri hesab edəndə prosesin eyni tamhüquqlu iştirakçısı olacaq".
Xatırladaq ki, Gürcüstan “3+3” regional əməkdaşlıq formatında iştirakı nəzərdən keçirməyəcəyini Rusiya tərəfinin diqqətinə çatdırıb.
Qonşu ölkənin mövqeyini Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya tərəfinə bildirib.
Xüsusi nümayəndə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriqori Karasinlə keçirdiyi görüşdə ölkələr arasında ticari-iqtisadi, əmlak və humanitar məsələlər müzakirə olunub.
Görüşdə Rusiya tərəfi Gürcüstanın “3+3” təşəbbüsünə münasibəti ilə maraqlanıb. Z.Abaşidze qeyd edib ki, Gürcüstan tərəfi bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcək.