Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Diqqət! Bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

© Sputnik / Murad OrujovАвтомобиль дорожной полиции в Баку, фото из архива
Автомобиль дорожной полиции в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunub.
BAKI, 26 noyabr — Sputnik. Bakının bəzi ərazilərində hərəkət müvəqqəti məhdudlaşdırılacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 27 noyabr saat 08:00-dan 28 noyabr saat 18:00-a kimi Nərimanov rayonu, Heydər Əliyev prospektində ("Bağırov" körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunub.
Xəbər lenti
0