Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moldova "Qazprom"dan qazı kəsməməyi xahiş edib, şirkət də anlayış göstərib

© Sputnik / Maksim Blinov / Fotobanka keçmək"Qazprom" stendi, arxiv şəkli
Qazprom stendi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.11.2021
Xəbərlərə abunə olun
Moldova hökuməti "Qazprom"dan respublikaya qaz tədarükünü bu gündən etibarən dayandırmamağı xahiş edib və bildirib ki, borcunu noyabrın 26-da ödəyəcək.
BAKI, 24 noyabr — Sputnik. Moldova "Qazprom"-a qaz tədarükünü bu gündən etibarən dayandırmamaq xahişi ilə müraciət edib və bildirib ki, qazın haqqını cümə günü ödəyəcək. Şirkət isə respublikadakı vəziyyəti başa düşərək razılaşmaq qərarına gəlib. Bunu "Qazprom"un sözçüsü Sergey Kupriyanov bildirib.
Onun sözlərinə görə, "Moldova hökuməti "Qazprom"dan respublikaya qaz tədarükünü bu gündən etibarən dayandırmamağı xahiş edib. Eyni zamanda Moldova tərəfi bəyan edib ki, "Qazprom"un hərəkətlərinin legitimliyini tam olaraq qəbul edir və cari ödənişləri bu il noyabrın 26-da, cümə günü tam şəkildə həyata keçirməyi öhdəsinə götürür.
“"Qazprom" istisna hal kimi Moldova Respublikası vətəndaşlarının düşə biləcəyi çətin vəziyyəti nəzərə alaraq, xoş niyyət və anlayış göstərərək bu xahişi yerinə yetirməyə razılaq verdi”, - deyə Kupriyanov bildirib.
O əlavə edib ki, “Qazprom” Moldovanın gələcəkdə müqavilə öhdəliklərini mütləq yerinə yetirəcəyinə və cari ödənişlərin vaxtında ödənilməsinə qətiyyətlə ümid edir.
“Müqavilə öhdəlikləri yerinə yetirilməlidir”, - deyə Kupriyanov əlavə edib.
22.11.21, 22:52
Rusiya şirkəti Moldovaya 48 saat vaxt verdi
"Qazprom" Moldova ilə qaza görə cari ödənişlərin 100% yerinə yetiriləcəyi şərti ilə müqavilə bağlayıb, növbəti müddət noyabrın 22-də bitdi, bu səbəbdən şirkət ödənişləri almayacağı təqdirdə 48 saat sonra respublikaya qaz tədarükünü dayandıracaq.
Bunu "Rossiya-24" telekanalının efirində Rusiyanın "Qazprom" şirkətinin nümayəndəsi Sergey Kupriyanov deyib.
"Moldovanın iqtisadi və maliyyə sahələrindəki çox mürəkkəb şəraiti nəzərə alaraq və Moldovaya "Qazprom"a olan borc öhdəliklərinin ödənilməsi imkanının yaradılması, eləcə də Moldova tərəfinin dəfələrlə kömək üçün müraciət etdiyi Rusiya prezidentinin mövqeyi rəhbər tutularaq, "Qazprom", demək olar ki, Moldova tərəfinin şərtləri ilə müqavilə bağlayıb, ancaq orada əhəmiyyətli, vacib maddə var: Moldova qaza görə cari borclarını vaxtında və 100% həcmdə ödəyir", - Kupriyanov deyib.
"Qazprom" və "Moldovaqaz" oktyabrın 29-da müqaviləni 1 noyabrdan etibarən 5 il müddətinə uzadıblar. Rusiya şirkətindən bildirilib ki, tərəflər qaz sahəsində cari məsələlərin tənzimlənməsi üzrə protokol imzalayıblar, razılaşmanın uzadılma şərtləri isə qarşılıqlı sərfəlidir.
Moldova hökuməti isə öz növbəsində bildirib ki, yeni müqavilədə onların təklif etdiyi formuldan istifadə olunacaq. Bundan başqa, "Moldovaqaz"ın "Qazprom"a borcunun 2022-ci ildə auditi keçiriləcək və peni (gecikmə rüsumu) nəzərə alınaraq beş il ərzində ödəniləcək.
Yaxın dəqiqələrdə "Moldovaqaz" bəyanat yayaraq bildirib ki, Moldova hökumətinin köməyi ilə "Qazprom"la olan problemi tezliklə aradan qaldıracaq.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала