https://sputnik.az/20211124/lavrov-mirzoyanla-qarabagi-muzakire-etdi-436643286.html
Lavrov Mirzoyanla Qarabağı müzakirə etdi
Lavrov Mirzoyanla Qarabağı müzakirə etdi
Sputnik Azərbaycan
Söhbət əsnasında son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyə də toxunulub. 24.11.2021, Sputnik Azərbaycan
2021-11-24T19:40+0400
2021-11-24T19:40+0400
2021-11-24T19:54+0400
qarabağ
sergey lavrov
ermənistan
rusiya xin rəhbəri sergey lavrov
qarabağ
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1f/427819524_0:0:2211:1245_1920x0_80_0_0_06f89efc6e0fb309c4a898124f9c6b14.jpg
BAKI, 24 noyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında Qarabağla bağlı telefon danışığı olub.Sputnik Ermənistanın xəbərinə görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Söhbət əsnasında son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyə də toxunulub.Nazirlər, həmçinin 9 noyabr 2020-ci il və 10 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrası məsələsini də müzakirə ediblər.Azərbaycan-Ermənistan təmas xəttində gərginlikQeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.Həmçinin Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1f/427819524_88:0:2055:1475_1920x0_80_0_0_3cd1429d10c270a34973344735749c62.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, ermənistan, rusiya xin rəhbəri sergey lavrov, qarabağ, ararat mirzoyan
sergey lavrov, ermənistan, rusiya xin rəhbəri sergey lavrov, qarabağ, ararat mirzoyan
Lavrov Mirzoyanla Qarabağı müzakirə etdi
19:40 24.11.2021 (Yenilənib: 19:54 24.11.2021) Söhbət əsnasında son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyə də toxunulub.
BAKI, 24 noyabr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında Qarabağla bağlı telefon danışığı olub.
Sputnik Ermənistanın xəbərinə görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Söhbət əsnasında son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliyə də toxunulub.
Nazirlər, həmçinin 9 noyabr 2020-ci il və 10 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrası məsələsini də müzakirə ediblər.
Azərbaycan-Ermənistan təmas xəttində gərginlik
Qeyd edək ki, noyabrın 16-da Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.
Bununla belə, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.
Həmçinin Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.