Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Tanınmış reperin anasının üzərinə ağac düşüb, prokurorluq araşdırır

© REUTERS / DIEGO VARAXəstəxana
Xəstəxana - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Abunə olmaq
Vətəndaş "Promotey" kimi tanınan reper Pərviz İsaqovun anasının üzərinə ağac düşüb və aldığı xəsarətlər nəticəsində onun sol ayağı amputasiya edilib.
BAKI, 23 noyabr — Sputnik. Tanınmış reper Pərviz İsaqovun (Promete) anasının üzərinə küləyin təsirindən ağacın düşməsi və ayağının amputasiya edilməsi faktı araşdırılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, vətəndaş "Promotey" kimi tanınan reper Pərviz İsaqovun anası Pərvanə İsaqovanın üzərinə 10.11.2021-ci il tarixdə Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 60 ünvanı yaxınlığında ağac düşüb.
Küləyin təsirindən ağacın qırılması qadının ağır xəsarət alması ilə nəticələnib. Onun zədələnmiş sol ayağı amputasiya edilib.
Qeyd edək ki, bu barədə müraciət əsasında Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbər lenti
0