Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov ABŞ-ın "Şimal axını-2"yə qarşı sanksiyalarını ağlasığmaz adlandırıb

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Abunə olmaq
Rusiya XİN başçısı deyib ki, onlar bu cür qeyri-dost addımlara yerli iqtisadiyyatın və maliyyə sisteminin sabitliyinin qorunması vəzifələrini rəhbər tutaraq, yoxlanılmış, adekvat şəkildə reaksiya verirlər.
BAKI, 23 noyabr — Sputnik. ABŞ başda olmaqla Qərb "Şimal axını-2" qaz kəmərinə qoyulan məhdudiyyətlərə qarşı sanksiyalar tətbiq edir. Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
"Aydındır ki, biz çox çətin şəraitdə işləyirik, burada həm çağırışlar, həm də risklər çoxşaxəlidir. Uzun illərdir ki, amerikalıların başçılıq etdiyi bir sıra əksər Qərb dövlətlərinin siyasi əsaslandırılmış birtərəfli məhdudiyyətlərdən istifadə etməsi, hər şey üçün necə deyərlər, səbəbli və ya səbəbsiz olaraq sanksiya tətbiq edilməsi, zamanın əlamətidir. Təbii ki, bu ağılabatmaz nümunələrdən biri də onların "Şimal axını-2" ilə etdikləridir", - deyə Lavrov "Rusiya biznesinin beynəlxalq gündəliyi: çağırışlar, risklər, dövlətlə qarşılıqlı fəaliyyət strategiyası" forumunda qeyd edib.
"Biz öz tərəfimizdən bu cür qeyri-dost addımlara yerli iqtisadiyyatın və maliyyə sisteminin sabitliyinin qorunması vəzifələrini rəhbər tutaraq, yoxlanılmış, adekvat şəkildə reaksiya veririk", - deyə Rusiya XİN rəhbəri əlavə edib.
Dövlət katibi Entoni Blinken bu yaxınlarda bildirib ki, ABŞ administrasiyası "Şimal axını-2" qaz kəməri layihəsinin icrasında iştirak edən iki gəmiyə və Rusiya ilə əlaqəli bir şirkətə qarşı sanksiyalar tətbiq edir.
"Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər ildə 55 milyard kubmetr gücündə olan qaz kəmərinin tikintisini nəzərdə tutur. Avropa İttifaqına öz mayeləşdirilmiş təbii qazını göndərən ABŞ, eləcə də tranzitini itirməkdən qorxan Ukrayna fəal şəkildə bu layihəyə etiraz edir. ABŞ dekabr ayında "Şimal axını-2"yə qarşı sanksiyalar tətbiq edərək şirkətlərdən qaz kəmərinin çəkilməsini dərhal dayandırmağı tələb edib.
Rusiya dəfələrlə "Şimal axını-2"ni hər hansı bir siyasiləşmə kontekstində xatırlanmasını dayandırmağa çağırıb, çünki bu, həm Rusiya, həm də Avropa İttifaqı üçün faydalı olan kommersiya layihəsidir.
Xəbər lenti
0