Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Deputat: "Təmiz Şəhər"-dən "Təmiz Ölkə"-yə keçmək vaxtıdır

© AP Photo / Thomas KienzleKommunal xidmət işçiləri, arxiv şəkli
Kommunal xidmət işçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Abunə olmaq
Millət vəkili hesab edir ki, Paytaxtda bərk məişət tullantılarının daşınması ağır vəziyyətdədir.
BAKI, 23 noyabr — Sputnik. Paytaxtda bərk məişət tullantılarının daşınması ağır vəziyyətdədir. Regionlarda bu sahədə vəziyyət daha acınacaqlıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Sadiq Qurbanov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, 2020-ci ilin dövlət büdcəsində "Təmiz Şəhər" Səhmdar Cəmiyyətinə 33 milyon manat vəsait ayrılıb. Bu, çox böyük rəqəm görünsə də, bərk məişət tullantıların daşınması ilə bağlı görülən işlər tam əksini söyləyir.
Deputat bildirib ki, bərk məişət tullantılarının vaxtında daşınmaması torpaqlara ciddi ziyan vurur:

"Düşünürəm ki, indi "Təmiz Şəhər" konsepsiyasından "Təmiz Ölkə" konsepsiyasına keçmək vaxtıdır".

O diqqətə çatdırıb ki, bərk məişət tullantılarının daşınması və utilizasiyasının özəl sektora verilməsi vacib məsələdir.
Qeyd edək ki, "Təmiz Şəhər" 2009-cu ildə yaradılıb. Şirkət Bakıdakı bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını həyata keçirir.
Xəbər lenti
0